Gündəm

Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrin potensialını artırıb

7 Fevral 2018 16:01

Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir.

İnsanın ölüm anı belə müəyyən ediləcək - QAYDALAR

7 Fevral 2018 15:59

Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nı təsdiq edib. Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Abbas Vəlibəyovun imzaladığı Qayda bu gündən – fevralın 7-dən qüvvədədir.

Gürcüstanın Azərbaycana bu qədər borcu var

7 Fevral 2018 15:55

2018-ci il yanvarın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,855 mln. dollar təşkil edir. Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 332,941 mln. dollar təşkil edir. Bu məbləğin 5 mlrd. 245,513 mln. dolları hökumətin payına düşür.

İzzət buna görə efirlərə çıxmır

7 Fevral 2018 15:53

Müğənni İzzət Bağırzadə efirlərə tez-tez çıxmamağının səbəbini açıqlayıb. Məlumata görə, sənətçi “Show time” verilişində bildirib ki, bir çox proqramlar onu qane etmir. O, məhz buna görə təkliflərə “yox” cavabı verdiyini söyləyib: “Məhərrəmlik ayına görə efirlərə çıxmırdım. Bundan başqa indi elə verilişlər var ki, özümü orda görmürəm. İki saatlıq verilişdə müğənni 1 mahnı oxuyur. Ümumiyyətlə, müğənnini efirə mahnı oxumağa çağırarlar. Bəzən də müğənnini elə mövzulara görə efirə dəvət edirlər ki... Bu da mənim xarakterimə xas deyil. Çünki o mövzularda danışa bilmirəm, sıxılıram. Ona görə də efirlərə getmirəm”.

“Drakon”la direktorun davası daha da qızışdı: Valideynlər aktyoru ittiham edirlər - REPORTAJ

7 Fevral 2018 15:51

“Dolu” filmində yaratdığı “Drakon” obrazı ilə ölkədə tanınan aktyor Rza Rzayevlə Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru arasında baş verən insident  getdikcə dərinləşir. Öncə məlumat üçün bildirək ki, bir neçə gün öncə mətbuatda  aktyorun, direktor müavini olan bacısı Zeynəb Rzayevanın işdən çıxarılmasına etiraz olaraq, məktəb direktoru Tural Mirzəliyevin kabinetində onunla mübahisə etməsi ilə bağlı videogörüntülər yayıldı.

Brilliant Dadaşova: “Sevgilim çox yaraşıqlıdır”

7 Fevral 2018 15:46

Türklər demiş, “qırx bir kərə maşallah…” Hər zaman formadadır, cazibədarlığı ilə illərə meydan oxuyur: xalq artisti Brilliant Dadaşovanı deyirəm…

Azərbaycan idmançıları Qış Olimpiya Oyunlarına yollanır

7 Fevral 2018 15:41

7-25 fevral tarixlərində Cənubi Koreyanın Pxençanq şəhərində növbəti 2018 Qış Olimpiya Oyunları keçiriləcək. “OLAYLAR”-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan nümayəndə heyəti fevralın 8-də XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

Məktəblərdə fövqəladə hallarla  bağlı maarifləndirmə təşkil olunur

7 Fevral 2018 15:40

Ümumi təhsil müəssisələrində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur. “OLAYLAR” xəbər verir ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində təlimlərin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirməkdən ibarətdir.

Təbriz küçəsi əsaslı şəkildə yenidən qurulur

7 Fevral 2018 15:40

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsi yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Təbriz küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir. 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı. Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

“Mübariz” filminin çəkilişinə maliyyə dəstəyi tapıldı

7 Fevral 2018 15:39

“Mübariz” filminin çəkilməsi ilə bağlı bütün hazırlıqlar başa çatıb, filmdəki aktyor və aktrisalar demək olar ki, artıq məlumdur. Təşkilatçılar “OLAYLAR”-a bildiriblər ki, filmin maliyyə məsələsini isə, özü xaricdə yaşasa və biznesinin böyük hissəsi xaricdə olsa da, daima ölkəmiz və dövlətimiz üçün əməli fəaliyyətləri olan, ölkəmizdə bir çox biznes sahələri olan tanınmış iş adamı Fərhad Əhmədov öz öhdəsinə götürüb. O, bildirib ki, biz bu filmi çəkərək bir daha dünyaya cənab Prezidentin rəhbərliyi ilə güclənən Azərbaycanın ordusunun və gənclərinin gücünü göstərmiş olacağıq.

Narkotik vasitə ilə tutuldu, evindən silah çıxdı

7 Fevral 2018 15:35

Narkotik vasitə ilə tutulmuş şəxsin evindən odlu silah çıxıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Rəhman Xanəliyevin ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Muğan qəsəbəsindəki evinə baxış zamanı lüləsi və qundağı kəsilmiş, nömrəsiz ov tüfəngi və patron aşkar edilərək götürülüb.

Evdən qızıl aparan ələ keçib

7 Fevral 2018 15:34

Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini İdrak Məmmədov saxlanıb. Araşdrima aparılır.

“KamAZ” 7 yaşlı uşağı vurub öldürdü

7 Fevral 2018 15:33

Tovuz rayonunun Əyyublu kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, fevralın 6-da saat 17 radələrində Tovuz rayonunun Əyyublu kəndində rayon sakini İbrahim Abbasov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi - 7 yaşlı Elvin Əsgərovu vurmuş və nəticədə uşaq hadisə yerində ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Piyadanı vurub qaçan sürücü yaxalanıb

7 Fevral 2018 15:32

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə,fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər.

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

7 Fevral 2018 15:30

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.