İzzət buna görə efirlərə çıxmır

Müğənni İzzət Bağırzadə efirlərə tez-tez çıxmamağının səbəbini açıqlayıb. Məlumata görə, sənətçi “Show time” verilişində bildirib ki, bir çox proqramlar onu qane etmir. O, məhz buna görə təkliflərə “yox” cavabı verdiyini söyləyib: “Məhərrəmlik ayına görə efirlərə çıxmırdım. Bundan başqa indi elə verilişlər var ki, özümü orda görmürəm. İki saatlıq verilişdə müğənni 1 mahnı oxuyur. Ümumiyyətlə, müğənnini efirə mahnı oxumağa çağırarlar. Bəzən də müğənnini elə mövzulara görə efirə dəvət edirlər ki... Bu da mənim xarakterimə xas deyil. Çünki o mövzularda danışa bilmirəm, sıxılıram. Ona görə də efirlərə getmirəm”.

Müğənni İzzət Bağırzadə efirlərə tez-tez çıxmamağının səbəbini açıqlayıb. Məlumata görə, sənətçi "Show time" verilişində bildirib ki, bir çox proqramlar onu qane etmir. O, məhz buna görə təkliflərə "yox" cavabı verdiyini söyləyib: "Məhərrəmlik ayına görə efirlərə çıxmırdım. Bundan başqa indi elə verilişlər var ki, özümü orda görmürəm. İki saatlıq verilişdə müğənni 1 mahnı oxuyur. Ümumiyyətlə, müğənnini efirə mahnı oxumağa çağırarlar. Bəzən də müğənnini elə mövzulara görə efirə dəvət edirlər ki... Bu da mənim xarakterimə xas deyil. Çünki o mövzularda danışa bilmirəm, sıxılıram. Ona görə də efirlərə getmirəm".

İ.Bağırzadə onu da əlavə edib ki, verilişlərə dəvət alanda proqramda kiminlə birgə qonaq olacağını əvvəlcədən soruşur:  "Əvvəl buna fikir vermirdim, amma indi diqqət edirəm. Verilişdən dəvət gələndə qonaqların da adını soruşuram. Müğənnini efirə çağırmadan öncə maraqlanmaq lazımdır ki, hansı həmkarı ilə yola gedir. Çünki müğənni var ki, başqa psixologiyadadır, onunla adamın sözü düz gəlmir. Çünki başqa abu-havadadı". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31