Gündəm

300 min elektron tipli sayğac quraşdırılıb

7 Fevral 2018 16:32

Ötən illər ərzində bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədiylə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb.

Müsəlman ölkələri Fələstinə böyük dəstək nümayiş etdirdi

7 Fevral 2018 16:30

Fələstinin mərkəzi Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. “OLAYLAR” xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib.

FAO Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasını dəstəkləyir

7 Fevral 2018 16:29

Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının dəstəklədiyi meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinin əsas məqsədidir. “OLAYLAR”-a BMT-nin Bakı Ofisinin informasiya departamentindən bildirilib ki,  Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətinin yaxşılaşdırmaq məqsədini daşıyır.

Daha bir müxalif partiya seçkidə iştirak qərarı verdi

7 Fevral 2018 16:28

Azərbaycan Təkamül Partiyası (ATP) şəhər və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə Mərkəzi Şuranın (MŞ) geniş iclası keçirilib. “OLAYLAR” xəbər verir ki, iclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və növbədənkənar prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub. Partiya sədri Teyyub Qənioğlu ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib.

“Teleqüllə” restoranı sürüşməyə görə bağlanır?

7 Fevral 2018 16:25

Səbail rayonu, Bayıl sürüşmə zonasında qeydə alınan çatlar genişləndiyindən məşhur “Teleqüllə” restoranın bağlanacağı bildirilir. Bu günlərdə restoranın müştərisi olan vətəndaşın bildirdiyinə görə, məlumatı restoranın işçiləri deyib.

Özbəkistanda bu qadağa ləğv edildi

7 Fevral 2018 16:23

İndi Özbəkistanda turistlər sərbəst şəkillər çəkə və ictimai yerləri, binaları lentə ala bilərlər. Məlumata görə, bu, Özbəkistan prezidentinin "Sərhəd turizminin inkişafı üzrə tədbirlər haqqında" fərmanında nəzərdə tutulmuşdur.

Atmosferdə toplanan viruslar üstümüzə yağır - Alimlər açıqladılar

7 Fevral 2018 16:22

Alimlər virusların böyük əksəriyyətinin atmosferdə toplandıqdan sonra yer üzünə düşdüyünü təyin ediblər. Dünya mətbuatının verdiyi məlumata görə, Kanada, İspaniya və ABŞ-dan olan alimlərin apardığı araşdırmada virusların toz buludları ilə atmosferə daşındığı, orada bir müddət gəzdikdən sonra yer üzünə yağdığı təsbit edilib.

Məhbusların qaçmasına görə həbs olunan qarovul rəisinin həbs müddəti uzadıldı

7 Fevral 2018 16:20

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb. Bu barədə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib. Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə C. Səmədovun həbs müddəti mayın 23-dək uzadılıb: "Məhkəmədə özü ilə də görüşdüm. Onun bel nahiyəsində ağrıları var. Bu da boynunda yaranmış şişlə əlaqədardır. Tibb məntəqəsinə müraciət edib və həkim nəzarətində müalicə olunur. Saxlanma şəraiti normaldır".

“Azərbaycan tərəfi danışıqlara getməyə hər zaman hazırdır”

7 Fevral 2018 16:17

“Ümumiyyətlə son vaxtlar ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərində aktivləşmə ondan ibarətdir ki, həmsədrlər öz təmsil etdikləri dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən addım atmaq istəyini göstərmək istəyirlər. Fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer məcburi köçkünlərlə görüşü, eyni zamanda bu gün fransalı həmsədrin Azərbaycana gəlməsi düşünürəm ki, söylədiklərimlə bağlıdır”. Bunu  politoloq Arzu Nağıyev deyib.

Azərbaycanda elektrik stansiyaları özəlləşdiriləcək?

7 Fevral 2018 16:15

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir.

Evlənmək istəyən 1349 nəfərdə sifilis, 293 nəfərdə isə QIÇS aşkarlandı

7 Fevral 2018 16:14

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qan xəstəliklərinə görə dispanser qeydiyyatına götürülən xəstələrin sayı 27 523 nəfərə çatıb.

Şimali Koreya lideri bacısını Cənubi Koreyaya göndərir

7 Fevral 2018 16:12

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edəcək. O, Cənubi Koreyaya səfər etmiş ikinci qadın dövlət məmuru olacaq. İlk dəfə onun bibisi, Kim Çen İrin bacısı Kim Qyon Hi bu ölkəyə səfər etmişdi. Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdür. O, Şimali Koreyada mühüm dövlət postu tutur.

Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən müəssisənin Rusiyada keçirilən sərgidə iştirakının qarşısı alınıb

7 Fevral 2018 16:09

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

7 Fevral 2018 16:08

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. V. Volodinin Azərbaycana rəsmi səfəri aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonraya planlaşdırılır. Səfərin tarixi hələ dəqiqləşdirilməyib.  V. Volodinin aprelin 8-9-da İrana səfəri nəzərdə tutulub.

Bu ada kişilər üçün qadağandır

7 Fevral 2018 16:04

"Kişilərə giriş qadağandır!" Bu ilin yayında Finlandiya sahillərində "SuperShe İsland" adlı kurort məhz belə şüarla fəaliyyətə başlayacaq. Finlandiyanın paytaxtı Helsinki yaxınlığında, Baltik dənizindəki arxipelaqdakı kiçik, sahəsi 8,4 hektar olan adada yaradılan kurort sadəcə, qadınların istirahəti üçün nəzərdə tutulub.