Gündəm
Özünü qatarın altına atdı - DƏHŞƏT - Video (18+)
Hindistanda qatarın altına atılaraq intihar edən gənc qadının görüntüləri görənləri şok edib. Stansiyada qatar gözləyənlərin gözü önündə baş verən ölüm anı kameralara saniyəbəsaniyə düşüb.
Qatarda yuxuya gedən qız oyananda sürprizlə qarşılaşdı
İngiltərədə baş verən hadisə insanlığın hələ də ölmədiyini sübut edib. Universitet tələbəsi Ella Yohanessen qatarda gedərkən anası ilə mobil telefon vasitəsilə danışıb və maddi problemlərindən bəhs edib. Yuxuya gedən qız oyananda yanındakı salfetin içində bir sürprizlə qarşılaşıb.
Yay turizminə hazırlıq məsələləri müzakirə ediləcək
Azərbaycan Turizm Assosiasiyası (AZTA) fevralın 9, xüsusi iclas keçirəcək. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, iclasda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində vahid namizəd təşəbbüsünə dəstək məsələsi müzakirə olunacaq. Həmçinin Azərbaycanda yay turizminə hazırlıq səviyyəsi, eləcə də assosiasiyanın sahənin inkişafına dəstək tədbirləri müzakirə ediləcək.
Bakıda ağır atletika idman zalı fəaliyyətə başlayacaq
Bakıda ilk ağır atletika zalının açılış mərasimi keçkriləcək. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumat verən Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov deyib ki, idman zalı açılışa tam hazır vəziyyətdədir: “2017-ci ildə Astara və Moldovada açılışlarımız oldu. Bu il 10-dan artıq belə komplekslərin gənclərimizin istifadəsinə verilməsi nəzərdə tutulub.
Müğənnilərin monitorinqi aparılacaq: “Çox ciddi məsələdir...”
Efirə çıxan müğənnilər nitqlərində yol verdikləri qüsurları düzəltməli, ədəbi dil normalarına əməl etməli olacaqlar. Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib. Onun sözlərinə görə, institut müğənillərlə bağlı da monitorinqlərə başlayıb: “Əslində, bu məsələ neçə illərdir ictimaiyyəti narahat edir və bu gün də aktualdır. Son dövrlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın musiqiyə, muğama göstərdiyi dövlət qayğısı nəticəsində bir sıra yarışlar keçirilir. Yeni istedadlı musiqiçilərimiz yetişir. Bəzən ifaçılar mahnıları öz bölgəsinə uyğun səsləndirirsə, tələbələr də mahnını o cür ifa edirlər. Bu, çox ciddi məsələdir, gələcək nəsillərin ifa tərzində, nitqində də böyük qüsürlara yol açır. Nəticədə bizim mədəniyyətimizə və ədəbi dilimizə böyük zərbə dəyir. Biz dilin keşiyində dayanan insan kimi narahatıq”.
Dağıstanda üç nazirlikdə axtarış aparılır
Dağıstanda polis əməkdaşları üç nazirlikdə axtarışlar aparır. Məlumata görə, hazırda Təhsil, Maliyyə və Səhiyyə nazirliklərində sənədlər müsadirə olunur. Əməliyyatlar nəticəsində saxlanılanların da ola biləcəyi istisna edilmir.
Rusiyadan Qərbə çağırış: Biz hazırıq!
Rusiya Qərbi dialoqa dəvət edir. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb. “Bərabərhüquqlu əsaslarla dialoqa hazırıq”, - Lavrov bildirib.
“Qüds – İƏT Gənclər Paytaxtı” proqramı ali dövlət nişanı ilə təltif edildi
Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif etdi. “OLAYLAR”-a daxil olan məlumata görə, Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğuladı.
İşə qəbul üzrə vakansiya seçiminə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin nəticələri açıqlanıb və vakansiya seçiminə başlanılıb. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, nəticələrə əsasən, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 35, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 62, laborant vəzifəsi üzrə 170 nəfər namizəd keçid balından yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. İmtahanların nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
2018-ci ildə "İş vaxtının norması" və "İstehsalat təqvimi”ndə dəyişikliklər edilib
Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli qərarı ilə “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib.
Putindən gözlənilməz qərar: Qazaxıstana yeni səfir...
Rusiya Prezidenti Vladimir Putin BMT-nin Cenevrə ofisindəki Rusiya Daimi Nümayəndəliyinin rəhbəri Aleksey Borodavkini vəzifəsindən azad edib. Borodavkin Putinin əmri ilə Qazaxıstana səfir təyin olunub. Qazaxıstandakı səfir Mixail Boçarnikov isə istefaya göndərilib.
Anası Mübariz İbrahimovun məzarı başında
Razılıq əldə olunub: seçkilərdən sonra... - XİN
Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək Prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.
Sançes haqqında həbs qərarı çıxarıldı
İngiltərənin “Mançestr Yunayted” futbol klubunun üzvü Aleksis Sançes haqqında şərti həbs qərarı çıxarılıb. Ulduz futbolçu İspaniyada oynadığı dövrdə vergidən yayındığına görə 16 aylıq həbsə məhkum edilib.
Malayziyada yeni dil aşkar olunub
Malayziyanın şimalında yerləşən kəndlərin birində dilçilər indiyə qədər məlum olmayan danışıq dili aşkar edib. Məlumata görə, Kelantan ştatının Sunqay Rual kəndinin sakinlərini müşahidə edən alimlər onların ətraf bölgələrdən fərqlənən dildə danışdığını müəyyənləşdirib.














