Gündəm

Türkiyə ordusu daha bir kəndi AZAD ETDİ

7 Fevral 2018 18:25

Daha bir kənd terrorçulardan azad edilib. TSQ və ASO (Azad Suriya Ordusu) "Zeytun budağı" əməliyyatının 19-cu günündə Afrinin şimalındakı Şeyh Huruz kəndi ətrafını terrorçulardan tamamilə təmizləyib.

Rövşənin 13 adamına ittiham elan edildi - 40 cildlik iş

7 Fevral 2018 18:12

Rusiya Federasiyası Sverdlov vilayəti istintaq komitəsi qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin qruplaşmasının 13 üzvünə qarşı ittiham irəli sürüb.

Azərbaycanın Qətərdə yeni səfiri təyin edilib

7 Fevral 2018 18:04

Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mingəçevirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 12 milyon manat ayrılıb

7 Fevral 2018 18:03

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xəzər rayonunda qeyri-qanuni ibadət yeri aşkarlanıb

7 Fevral 2018 18:01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanı əməkdaşlarının birgə iştirakı ilə fevralın 7-də dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Olimpiadada hamı bu hədiyyəni alacaq, iranlılardan başqa

7 Fevral 2018 17:56

Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının təşkilatçıları İran nümayəndə heyətinin üzvlərinə “Samsunq” smartfonunu verməyəcək.

Rusiya və Hindistan tələsir: Bakının da daxil olduğu...

7 Fevral 2018 17:55

Rusiya və Hindistan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam yekunlaşması üçün İran infrastrukturunun inkişafına yardım etməyə hazırdır. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Hindistandakı Ticarət Nümayəndəsi Yaroslav Tarasyuk söyləyib. Onun sözlərinə görə, hazırda Moskva ilə Dehli arasında əsas çətinlik logistikadır:

Krımı ruslara kimlərin satdığı açıqlandı

7 Fevral 2018 17:53

Krımdan Ukrayna ordusunun çıxarılması qərarını 2014-cü ilin yazında Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinski verib. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk paylaşıb.

Fransa: Türkiyə və İran Suriyadan çıxmalıdır

7 Fevral 2018 17:52

Türkiyə və İran Suriyada beynəlxalq hüquq normalarını pozurlar. Bu sözləri Fransanın Xarici İşlər naziri Jan-Yves Le Drian deyib. “Ankara savaşa savaş əlavə etməməlidir. Kim Suriyada olmamalıdırsa, geri çəkilməlidir. Buna iranlı milislər və Hizbullah da daxildir”, - nazir bildirib.

Ərazilər müqavimətsiz necə VERİLDİ? – Tarixi iclasın ŞOK DETALLARI

7 Fevral 2018 17:49

Ukrayna qoşunlarının Krımdan müqavimətsiz çıxarılması haqqında qərar prezident administrasiyasının başçısı Sergey Paşinskinin təşəbbüsü ilə qəbul edilib. Bu haqda Feysbuk səhifəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk bildirib.

Şabranda tapılan yanmış kişi meyitinin kimliyi məlum olub

7 Fevral 2018 17:37

Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub. Məlumata görə, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Binəqədi rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi qeydiyyatda olub.

Raket və artilleriya birləşmələri döyüş atışlı taktiki təlimlər keçirib

7 Fevral 2018 17:35

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.

Keçən ay Azərbaycana gələn turistlərin sayı artıb

7 Fevral 2018 17:34

Cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir. “OLAYLAR” xəbərinə görə, bu barədə məlumat Mədəniyyət və Turizm Nazirliyindən daxil olub. Bildirilib ki,  Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər),  Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.