Krımı ruslara kimlərin satdığı açıqlandı
Krımdan Ukrayna ordusunun çıxarılması qərarını 2014-cü ilin yazında Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinski verib. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk paylaşıb.
7 Fevral 2018 17:53 DünyaKrımdan Ukrayna ordusunun çıxarılması qərarını 2014-cü ilin yazında Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinski verib. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk paylaşıb. O, bu barədə məlumatı keçmiş müdafiə naziri İqor Tenyuxun ifadələri əsasında paylaşıb.Tenyuxun ifadələrinə əsasən, o, 2014-cü ilin 23 martında Krımdakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasında hesabatla çıxış edib və Krımın verilməsinə qətiyyətlə qarşı çıxıb. Bundan sonra Şurada Sergey Paşinski çıxış edərək, nazirin Rusiya ilə müharibə istədiyini deyərək, onun sözlərinə məhəl qoymayıb.
Tenyuxun sözlərinə görə, o zaman iclasda çıxış edən indiki müdafiə naziri Stepan Poltorak da ordunun Krımdan çıxarılmasının tərəfdarı olduğunu söyləyib. O, həmçinin, o zamankı baş nazir Arseni Yaçenyukun da müqavimət məsələsinin qarşısını aldığını bildirib. Axar.az