“Qüds – İƏT Gənclər Paytaxtı” proqramı ali dövlət nişanı ilə təltif edildi
Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif etdi. “OLAYLAR”-a daxil olan məlumata görə, Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğuladı.
7 Fevral 2018 17:03 İqtisadiyyatFələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif etdi. "OLAYLAR"-a daxil olan məlumata görə, Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğuladı.
Təltifetmə mərasimi zamanı Mahmud Abbasa təşəkkür edən Elşad İskəndərov bu qiymətin Azərbaycan dövlətinin təşəbbüsü ilə yaranan və Azərbaycan Prezidenti Ilham Əliyevin İslam həmrəyliyinin gücləndirilməsi kursuna uyğun həyata keçirilən beynəlxalq fəaliyyətdə İƏT Gənclər Forumunun bütün əməkdaşlarının zəhmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirdi; o, qurumun bundan sonra da İƏT ölkələri gənclərinin inkişafı və həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərmək əzmində olduğunu vurğuladı.
Qeyd edək ki, Qüds Ulduzu Ordeni Fələstin Dövlətinin ali dövlət nişanlarından biridir, Fələstinin azadlığı və Qüdsün statusunun müdafiəsində ali xidmətlər göstərmiş xarici dövlət və ictimai xadimlərinə təqdim olunur.