Bakıda ağır atletika idman zalı fəaliyyətə başlayacaq
Bakıda ilk ağır atletika zalının açılış mərasimi keçkriləcək. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumat verən Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov deyib ki, idman zalı açılışa tam hazır vəziyyətdədir: “2017-ci ildə Astara və Moldovada açılışlarımız oldu. Bu il 10-dan artıq belə komplekslərin gənclərimizin istifadəsinə verilməsi nəzərdə tutulub.
7 Fevral 2018 17:20 İdmanBakıda ilk ağır atletika zalının açılış mərasimi keçkriləcək. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumat verən Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov deyib ki, idman zalı açılışa tam hazır vəziyyətdədir: "2017-ci ildə Astara və Moldovada açılışlarımız oldu. Bu il 10-dan artıq belə komplekslərin gənclərimizin istifadəsinə verilməsi nəzərdə tutulub. İdmanın kütləviliyinin respublikamızda inkişaf etdirilməsinə xidmət edəcək bu komplekslərimizi Allahın köməkliyi ilə bütün bölgələrimizdə inşa etməyi nəzərdə tutmuşuq. Sizlərin sağlamlağınızı düşünərək qapınıza qədər gəlib xidmət göstərmək bizim üçün böyük şərəfdir. Sağlam bədəndə sağlam ruh olar. Həyat boyu özümüzə, sağlamlığımıza xidmət etmənin ən düzgünü idman yoludur. Bizim zalların xidmətindən istifadə etməklə sizlər sağlamınızla yanaşı Respublikamızda ağır atletika ve idmanın inkişaf etdirilməsinə yaxından köməklik etmiş olacaqsınız". Tofiq Heydərov deyib ki, təkcə bu kompeksimizin fəalıyyəti nəticəsində 20-yə yaxın vətəndaşımız işlə təmin olunacaq: "Bundan başqa AAAF -na illik azı 50 000 manata yaxın maliyyə dəstəyi əldə olunmaqla yanaşı dövlət büdcəmizə on minlərlə manat vergilər ödənilməsi nəzərdə tutulub. Ən əsası isə bayrağımızı beynəlxalq yarışlarda zirvələrə qaldıran qəhrəman atletlərimizi yetişdirmək olacaq. Allah bizə tezliklə belə kompleksləri Qarabağımızda inşa etməyi nəsib etsin".