Daha bir müxalif partiya seçkidə iştirak qərarı verdi

Azərbaycan Təkamül Partiyası (ATP) şəhər və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə Mərkəzi Şuranın (MŞ) geniş iclası keçirilib. “OLAYLAR” xəbər verir ki, iclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və növbədənkənar prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub. Partiya sədri Teyyub Qənioğlu ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib.

Azərbaycan Təkamül Partiyası (ATP) şəhər və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə Mərkəzi Şuranın (MŞ) geniş iclası keçirilib. "OLAYLAR" xəbər verir ki, iclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və növbədənkənar prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub. Partiya sədri Teyyub Qənioğlu ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə sosial-siyasi sabitliyin davam etməsini müsbət qiymətləndirməklə yanaşı, təəssüflə qeyd etdi ki, əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində cüzi də olsa irəliləyişlərə nail olmaq mümkün olmayıb. Azərbaycan Respublikası prezidentinin növbədənknar seçkiləri ilə bağlı geniş fikir mübadiləsindən sonra ATP-nın bu seçkilərdə iştirak etməsi qərara alınıb. İştirakın forması ilə bağlı son qərarın qəbul edilməsi MŞ-nun Siyasi Bürosuna həvalə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31