Müsəlman ölkələri Fələstinə böyük dəstək nümayiş etdirdi
Fələstinin mərkəzi Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. “OLAYLAR” xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib.
7 Fevral 2018 16:30 SosialFələstinin mərkəzi Ramalla şəhərində "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. "OLAYLAR" xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində eyni zamanda, "Gənclər Paytaxtı" proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib.
Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və İdman Naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov Proqramı rəsmən açıq elan ediblər. Elşad İskəndərov öz çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındigi çətin bir vaxtda, musəlmanların ilk Qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töfhə kimi dəyərləndirib.
Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət verib, "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə edib, Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırıb, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında "Qüds - Gənclər Paytaxtı" proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov öz çıxışında keçən ilin Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən İslam Həmrəyliyi ili olunduğu, bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat verib, Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini qeyd edib. Qüds - İƏT Gənclər
Paytaxtı proqramının uğurla həyata keçməsi üçün Azzərbaycanın lazımi dəstək verəcəyini bildirib.