FAO Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasını dəstəkləyir

Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının dəstəklədiyi meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinin əsas məqsədidir. “OLAYLAR”-a BMT-nin Bakı Ofisinin informasiya departamentindən bildirilib ki,  Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətinin yaxşılaşdırmaq məqsədini daşıyır.

Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının dəstəklədiyi meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinin əsas məqsədidir. "OLAYLAR"-a BMT-nin Bakı Ofisinin informasiya departamentindən bildirilib ki,  Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətinin yaxşılaşdırmaq məqsədini daşıyır.

Layihə meşəçilik sahəsində məlumatların toplanması, qiymətləndirilməsi və hesabatların tərtibi üçün müasir metodikanın hazırlanmasına, operativ milli meşə qiymətləndirmə və monitorinq sisteminin qurulmasına, seçilmiş pilot ərazilərdə meşə təsərrüfatının planlaşdırılmasının təkmilləşdirilməsinə töhfə verəcək. Yerli kiçik fermerlər üçün gəlir gətirən fəaliyyətlərin nümayiş etdirilməsi və tətbiqi imkanlarının araşdırılması ilə yanaşı, deqradasiyaya uğramış meşə fondu torpaqlarında karbon ehtiyatlarının artırılması, meşə ehtiyatları barədə yenilənmiş məlumatların və istiqamətlərin təchiz edilməsi, əldə edilmiş təcrübələrin və müvafiq qaydaların yayılması vasitəsilə dayanıqlı meşə idarəçiliyinin təmin edilməsi layihənin başlıca nəticələri sırasına daxildir.

Layihə çərçivəsində cəlb ediləcək beynəlxalq və yerli mütəxəssislərin köməyi ilə ETSN-in əməkdaşlarına meşələrin qiymətləndirməsi və monitorinqi sisteminin operativləşdirilməsi, meşə və karbon ehtiyatlarının inventarlaşdırılması, "Collect Earth" proqram təminatından, eləcə də karbonun hesablanması üçün Ex-Act karbon balans qiymətləndirmə sistemindən istifadə barədə modullar üzrə təlim keçiriləcək. Meşə təsərrüfatının planlaşdırılması və Coğrafi İnformasiya Sistemi barədə praktik və əməli təlimlər də layihə boyu icra olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31