Atmosferdə toplanan viruslar üstümüzə yağır - Alimlər açıqladılar

Alimlər virusların böyük əksəriyyətinin atmosferdə toplandıqdan sonra yer üzünə düşdüyünü təyin ediblər. Dünya mətbuatının verdiyi məlumata görə, Kanada, İspaniya və ABŞ-dan olan alimlərin apardığı araşdırmada virusların toz buludları ilə atmosferə daşındığı, orada bir müddət gəzdikdən sonra yer üzünə yağdığı təsbit edilib.

Kanadadakı Britaniya-Kolumbiya Universitetinin viroloji mütəxəssisi Curtis Suttle verdiyi açıqlamada dünyanın sərhəd qatındakı hər kvadrat metrdə hər gün ən azı 800 milyon virusun toplandığını ifadə edərək, bunun nümunə olaraq Kanadadakı hər bir adam üçün 25 virus təşkil etdiyini bildirib.

İspaniyadakı Qranada Universitetindən alim İzabel Reçe virusların atmosferdə gəzdikdən sonra yağış və tozla birlikdə yer üzünə düşdüyünü açıqlayıb. Araşdırmanın nəticələri "International Society for microbial Ecology" jurnalında nəşr olunub. AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31