Məktəblərdə fövqəladə hallarla  bağlı maarifləndirmə təşkil olunur

Ümumi təhsil müəssisələrində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur. “OLAYLAR” xəbər verir ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində təlimlərin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirməkdən ibarətdir.

Ümumi təhsil müəssisələrində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində təlimlərin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirməkdən ibarətdir.

Tədbirlər Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsi və  Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Maarifləndirmə tədbirlərində, məktəblilərə, fövqəladə hallar zamanı (zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu,  yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal qəzalar və s.) müvafiq qurumların həyata keçirdiyi təcili əməliyyatlar haqqında geniş məlumat verilir, şagirdləri maraqlandıran suallar cavablandırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31