Azərbaycan idmançıları Qış Olimpiya Oyunlarına yollanır

7-25 fevral tarixlərində Cənubi Koreyanın Pxençanq şəhərində növbəti 2018 Qış Olimpiya Oyunları keçiriləcək. “OLAYLAR”-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan nümayəndə heyəti fevralın 8-də XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

7-25 fevral tarixlərində Cənubi Koreyanın Pxençanq şəhərində növbəti 2018 Qış Olimpiya Oyunları keçiriləcək. "OLAYLAR"-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan nümayəndə heyəti fevralın 8-də XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə MOK-un baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman Nazirinin müavini, İsmayıl İsmayılov və digər şəxslər daxildir.

Qeyd edək ki, ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Bu dəfəki Oyunlarda Azərbaycan slalom və böyük slalom yarışlarına qatılacaq. Bu növdə ölkəmizi Patrik Braxner təmsil edəcəkdir.

Pxençanq-2018 Olimpya Oyunlarında 92 ölkədən 2952 idmançının iştirak etməsi gözlənilir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31