Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub

“Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”. İqtisadiyyat Nazirliyindən “Olaylar2a verilən məlumata görə, bu barədə fevralın 7-də Çinin Sian şəhərində “Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır". İqtisadiyyat Nazirliyindən "Olaylar2a verilən məlumata görə, bu barədə fevralın 7-də Çinin Sian şəhərində "Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu" mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Qeyd edək ki, tədbir İpək Yolu Beynəlxalq Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilib. Çıxışında nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfərini məhz İpək Yolunun başlanğıcı olan Sian şəhərindən başladığını vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndiyini qeyd edib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib: "Azərbaycanın Çindən Avropa Birliyinə və əksinə tranzit imkanları genişdir. Trans-Xəzər nəqliyyat dəhlizi Çinlə Avropa arasında ən qısa dəhlizdir. Çindən Avropaya ənənəvi okean daşımaları 60 günə reallaşdığı halda, bu dəhliz vasitəsilə daşımalar 14 günə həyata keçiriləcək. Dəhliz iştirakçı ölkələrə fayda verəcək, regionda sabitliyi artıracaq və insanlar üçün bərabər imkanlar yaradacaq. Dəhlizin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilib, tranzit müddəti qısaldılıb, prosedurlar sadələşdirilib. Dəhlizin digər üstünlüyü 114 milyon əhalisi, 1,1 trilyon ABŞ dollarına yaxın ÜDM-yə malik Trans-Xəzər Tranzit Dəhlizinin iştirakçısı olan Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda siyasi stabillik hökm sürür, davamlı iqtisadi artım müşahidə olunur".
Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın nəqliyyat və tranzit potensialı, ölkəmizdə yaradılmış əlverişli və müasir infrastruktur barədə məlumat verib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Çin və Avropanı birləşdirən əhəmiyyətli marşrut olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda dəmir yolu infrastrukturu yenilənib, dəhlizin rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, Bakı limanının birinci fazası isə yaxın aylarda istismara veriləcək. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib, həmçinin Azərbaycanın nəqliyyat potensialı və Bakının "EXPO 2025" Sərgisinə namizədliyinə dair təqdimat çarxları nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31