BAXCP seçkilərdə iştirakla bağlı danışıqlar aparır

“BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq”.

Son sözü Ali Məclis deyəcək
 

"BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq". Partiydan "Olaylar"a verilən məlumata görə, partiyanın seçkilərdə iştirakının forması və prezidentliyə namizədinin müəyyənləşməsi ilə bağlı yekun qərar BAXCP-nin seçkili orqanında - Ali Məclisdə veriləcək: "BAXCP daha çox siyasi partiyanın bir araya gəlməsində və seçkilərə vahid namizədlə qatılmasında maraqlıdır. Hesab edirik ki, Azərbaycanın ölkənin milli maraqlarından çıxış edən, yalnız və yalnız Azərbaycan xalqının iradəsinə söykənən, istiqlal məfkurəsinə, milli və bəşəri dəyərlərə, hüququn aliliyi prinsipinə sadiq olan, milli hədəflərdən sapmayan, millətin və dövlətin strateji hədəflərini, Azərbaycanın birliyi və bütövlüyünü siyasi maraqlarından üstün tutan güclü müxalifətə ehtiyacı var. Bunun üçün də siyasi partiyalar bir araya gəlməyi və güzəştə getməyi bacarmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31