Azərbaycan xalqı kifayət qədər müdrik və yetkindir AÇIQLAMA

“Ölkə prezidenti tərəfindən Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verilməsi müsbət qarşılanır”. Bu, çox məntiqli və düzgün qərardır. Bu sözləri  millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, bu məsələ ətrafında xüsusi kampaniya aparmağa, hay-küy qaldırmağa, ajiotaj yaratmağa heç bir əsas və səbəb yoxdur: “Təəssüflər ki, məlum sərəncamın mürəkkəbi qurumamış bəzi qüvvələr, ayrı-ayrı şəxslər bu məsələ ətrafında reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməyə, dövriyyəyə buraxmağa cəhd göstərir, “bulanıq suda balıqtutma” sevdasına düşməkdədirlər.

"Ölkə prezidenti tərəfindən Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verilməsi müsbət qarşılanır". Bu, çox məntiqli və düzgün qərardır. Bu sözləri  millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, bu məsələ ətrafında xüsusi kampaniya aparmağa, hay-küy qaldırmağa, ajiotaj yaratmağa heç bir əsas və səbəb yoxdur: "Təəssüflər ki, məlum sərəncamın mürəkkəbi qurumamış bəzi qüvvələr, ayrı-ayrı şəxslər bu məsələ ətrafında reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməyə, dövriyyəyə buraxmağa cəhd göstərir, "bulanıq suda balıqtutma" sevdasına düşməkdədirlər.

Qeyd etdiyim kimi, bunlara heç bir səbəb və əsas yoxdur. Həmin qüvvələr, şəxslər, sadəcə, hər zaman və elə indi də aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Bu cəhdlər əbəsdir, faydasızdır. Azərbaycan xalqı kifayət qədər müdrik və yetkindir, onu artıq nə iləsə aldatmaq olmaz. Azərbaycan insanı, Azərbaycan vətəndaşı ağı qaradan seçməyi yaxşı bacarır və bu baxımdan, ölkə prezidentinin məlum sərəncamını müsbət, yüksək qiymətləndirir. Bir çox siyasi həmfikirlərimin, partiyadaşlarımın və deputat həmkarlarımın da qeyd etdikləri kimi, bu il Azərbaycanda çox vacib və əhəmiyyətli tədbirlər keçiriləcək. "Cümhuriyyət ili" ilə bağlı həm parlament, həm də dövlət səviyyəsində çox mühüm tədbirlərin keçirilməsi gözlənilir və bunlar vaxtlı-vaxtında keçiriləcək. Belə olan təqdirdə, prezident seçkilərinin önə çəkilməsi çox məntiqli və normal haldır. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti növbədənkənar prezident seçkilərini də beynəlxalq standartlara uyğun şəkildə keçirərək, "Cümhuriyyəti ili"nə öz töhfəsini vermiş olacaq. Opponentlərimiz narahat olmasınlar, yəni, sosial şəbəkələrdə, isti kabinetlərində oturub, seçkilərlə bağlı reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməkdənsə, bu vacib prosesə kölgə salmaqdansa, seçkilərə hazırlaşsınlar. Onsuz da onların cəmiyyətdə nüfuzları, sosial dayaqları yox dərəcəsindədir, Azərbaycan cəmiyyəti seçimini çoxdan edib, ancaq yenə də az-çox varlıqlarını, mövcudluqlarını davam etdirmək istəyirlərsə, siyasi boşboğazlıqdan əl çəkib, seçkilərlə bağlı hazırlıqlara başlasınlar". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31