ATƏT prezident seçkilərini müşahidə etmək üçün qərar qəbul edəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. ATƏT DTİHB-in mətbuat xidmətindən verilən məlumata görə, təşkilat iş prinsipinə uyğun olaraq, əvvəlcə Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. Onların məsləhətləri əsasında isə müşahidə missiyasının formalaşdırılıb-formalaşdırılmaması barədə qərar qəbul ediləcək. ATƏT DTİHB-dən bildirilib ki, hazırda ekspert qiymətləndirmə missiyasının formalaşdırılması üzrə işlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31