Gündəm
Taleh Bağırova yenidən hökm oxundu
Bu gün Qaradağ Rayon Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırovun barəsində yeni başlanmış cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Bağırov 5 ay müddətinə azadlıqdan məhrum edilib. Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.
Ölüm hökmünün ləğvindən keçən 20 il
Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi o dövr üçün mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması, təkmilləşdirilməsi, yeni, müasir dövrə uyğun olan qanunların qəbul edilməsi istiqamətində də ardıcıl addımlar atıldı. Eyni zamanda müstəqillik illərində keçmiş Sovetlərin zamanından qalan bir sıra hallar aradan qaldırıldı. Bunlardan biri də ölüm hökmünün ləğvi istiqamətində atılan addım idi.
AzTU-da şəhidlərin anım günü keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) universitetin fevral ayında anadan olan Şəhid məzunlarının anım günü keçirilib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov, Şəhidlərin valideyinləri, qohumları, müəllimlər və tələbələr iştirak edib. İştirakçılar əvvəlcə universitetin Şəhid məzunlarının xatirəsinin əbədiləşdirmək üçün yaradılan abidə kompleksi önünə gül dəstələri düzüb, Vətən uğrunda canını fəda edən igidlərin ruhları qarşısında etiramlarını bildiriblar.
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Fevralın 20-23-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək. “OLAYLAR” AGF-yə istinadən xəbər verir ki, çempionatın keçirilməsi yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmə və gənclərdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
"Bu qasırğanın canlı aləm üçün ciddi təhlükəsi yoxdur"
Amerikanın NASA aerokosmik agentliyi Xəzər dənizində "süd qasırğası" adlandırılan anomal prosesin görüntüsünü yayıb. "RİA Novosti"nin verdiyi məlumata görə, foto yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri ilə çəkilib. Məlumata əsasən, külək dənizin suyunu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir.
“Elit Taksi” - *6969 müştəriləri necə aldadır ? - Şikayət
Son günlər paytaxtımızda fəaliyyət göstərən taksi xidmətlərinin sayı sürətlə çoxalmağa başlasa da, keyfiyyətdə də problemlər elə o sürətlə artmaqda davam edir. Bir az pulu, bir az da vicdanı olmayanlar müxtəlif yollarla lisenziya əldə edərək və yaxud da vergi qeydiyyatında duraraq taksi xidməti şirkəti təsis edirlər.
Zorakılığa məruz qalan qadınlar hansı xəstəliyə tutula bilər?
21-ci əsrdə hələ şiddət görən bir çox qadın var. Qadınlara istiqamətli şiddət, məşhur olan fiziki şiddətlə məhdud deyil. Qadınlara tətbiq olunan psixiloji və mənəvi, hətta iqtisadi şiddət də eyni şəkildə qadın psixologiyasına mənfi təsir edir. Ailə daxili şiddət deyildiyi zaman, qadının aldiği zərbə düşünülür.
Deputat: “Həmsədrlər təcavüzkara öz yerini göstərməlidir”
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri turist xarakteri daşımamalıdır. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı həmsədrlərin regiona sonuncu səfərini şərh edərkən deyib. Deputat vurğulayıb ki, vasitəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səylər etməlidirlər. M. Qasımlının fikrincə, həmsədrlər təcavüzkara öz yerini göstərməlidirlər.
Azərbaycan Televiziyası: böyük uğurlar yolunda
91 il əvvəlin gözəl bir qış günündə - 1962-ci ildə Bakıda baş verən əlamətdar hadisə ilə böyük bir yol başladı, möhtəşəm bir salnamənin ilk səhifəsi yazıldı.
Azərbaycan gəncləri öz gələcəklərini etibarlı əllərdə görmək istəyir
Aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərinə hakim Yeni Azərbaycan Partiyasından hazırkı dövlət başçısı İlham Əiiyevin namizəd olaraq irəli sürülməsi çoxminli gənclər ordusu tərəfindən də müsbət qarşılanıb. Ölkə gənclərinin böyük əksəriyyəti bu qərardan məmnunluq ifadə edərək seçkilərdə bir daha cənab Prezident İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Bu isə günümüzdə gənclərə dövlət tərəfindən ayrılan diqqət və qayğı ilə bağlıdır. Elə Gənclər Mərkəzi İctimai Birliyinin sədr müavini Elvin Hüseynov da bu qənaətdədir. Elvin Hüseynov müsahibəsində hazırda ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, onun uğurlu nəticələri və gənclərin qarşısında duran vəzifələr barədə də danışıb.
Mer kanalizasiya suyuna qonaq edildi, Sarkisyanın adamları hücuma keçdi - VİDEO
İrəvan Şəhər Şurasının bu gün keçirilən iclasında dava düşüb. “Yerkir Tsrina” fraksiyasının üzvləri İrəvanın Nubaraşen rayonunda yayılan pis qoxulara etiraz olaraq, iclasa kanalizasiya suyu ilə doldurumuş qablar gətiriblər.
Həmsədrlərin turistik səfərlərinə son qoyulmalıdır
Bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə regiona səfər edərək Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdü, Dağlıq Qarabağ probleminin həlli istiqamətində müzakirələr apardı. Ənənəvi olaraq regiona səfərlərindən sonra vasitəçilər bəyanatla çıxış etdilər. Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunurdu. Həmçinin həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər."Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq".
Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur
Hakim Yeni Azərbaycan Partiyasının VI qurultayından bir xeyli müddət keçsə də, lakin hələ də cəmiyyətdə, onun müxtəlif təbəqələri arasında bu mövzuda müzakirələr davam edir. Bunun isə başlıca səbəbi qurultayda Azərbaycan, onun gələcəyi üçün mühüm, vacib qərarın qəbul edilməsidir.
Koreya yarımadasına sülh göyərçini qona biləcəkmi?
Beynəlxalq münasibətlər sistemində, dünyada bir-birindən maraqlı hadisələr, proseslər baş verməkdədir. Dünənənə qədər bir-birinə qarşı cəbhədə yer alan dövlətlər, ölkələr bu gün eyni sırada qərarlaşır, yaxud müttəfiq, dost ölkələr bu gün bir-birinin qəniminə çevrilib.
Qadına pul çatanda...
İşgüzar qadın olmaq heç də asan məsələ deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Etiraf edək ki, Azərbaycanda sadalanan keyfiyyətləri özündə cəmləşdirən kifayət qədər işgüzar xanım var. Evində tikiş tikməklə ailəsini dolandırandan tutmuş daş karxanası işlədən qadına qədər fəaliyyətdə olan zərif cinsin nümayəndəsinə rast gəlinir.


.jpg)











