Gündəm
Ceyhun Bayramov əmr imzaladı
Ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər həyata keçiriləcək.
Yerli özünüidarə orqanları icra hakimiyyətlərindən asılı vəziyətə düşüblər
Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənilib. Hesabatı təqdim edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1 978 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib.
Gəmiçilikdə “Təhlükəsizlik Günü” keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “Təhlükəsizlik Günü” keçirilib. “OLAYLAR” Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, toplantıda ötən il dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salınıb, onların başvermə səbəblərindən danışılıb, dənizçilikdə tətbiq olunan yeniliklər barədə iştirakçılara məlumat verilib. Tədbirdə ötən ilin IV rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələrin təsviri verilib. 2017-ci ilin noyabrında Gəmiçilikdə “Amerika Gəmiçilik Bürosu” (ABS) tərəfindən keçirilmiş xarici auditin nəticələri, son 3 ayda “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə 2017-ci ilin IV rübü üzrə KSƏTƏMM statistikası, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Azərbaycan Karate Federasiyasında yeni təyinatlar
Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub. “OLAYLAR”-a Azərbaycan Milli Karete Federasiyasından bildirilib ki, federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Həmçinin Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini isə, yeniyetmə və gəncləri çalışdıran Anar Allahverdiyev icra edəcək.
Məlahət İbrahimqızı Avronest PA-nın iclasında məruzəçilərə irad tutdu
Avronest PA-nın Tbilisidə keçirilən iclasının 2-ci günündə bu qurumun Sosial, təhsil, məşğulluq, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri üzrə Komitəsinin həmsədri, Azərbaycan parlamentinin üzvü Məlahət İbrahimqızı sədrlik edib.
Ərdoğanla bağlı diqqətçəkən açıqlama: "Adam gizli planıçözdü"
"Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, Rusiyanın məşhur jurnalisti Dmitri Kiselyov ölkənin "1-ci kanal"ında özünün aparıcısı olduğu həftəlik analitik proqramda türk ordusunun Afrində keçirdiyi hərbi əməliyyatla bağlı maraqlı açıqlamalar verib.
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.
Pərvin Abıyeva ərə gedir
Aktrisa Pərvin Abıyeva “ATV kulis” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Məlumata görə, aparıcı Murad Əzimzadənin “Planda evlənmək var” sualına aktrisa belə cavab verib: “Var, plan ağlımdan çıxmışdı. Bunu arxa plana atmışdım. İndi yenə ortaya çıxıb. Geyimimdən hiss edirsiniz yəqin.
"Əfşana görə ailə qurmadım" - Vasifin bacısı
Əməkdar artist Vasif Məhərrəmli "Zaurla Günaydın" verilişinə qatılıb. Müğənni proqrama bacısı Leyla və oğlu ilə birlikdə gəlib. V.Məhərrəmli illərdir bacısı ilə birlikdə yaşadığını söyləyib: "16 yaşımdan Bakıdayam.
Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota artırıldı
Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota 1200-ə qaldırılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib. O, kvotanın artırılmasına səbəb kimi QMİ-yə çoxsaylı müraciətlərin daxil olmasını göstərib.
500 manata satılan yumurtanın üzərinə görün nə yazılıb - "Bu, Allahın lütfudur" İNANILMAZ
Türkiyədə toyuq üzərində "1" yazan yumurta yumurtlayıb. Mersin'in Silifke bölgəsində 25 ildir yumurta satan Ayşe Civelek saxladığı toyuqlardan birindən '1' yazan yumurta əldə edib.
Quşlarınızı belə SAXLAYIN! - Nazirlikdən XƏBƏRDARLIQ
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti "quş qripi" ilə əlaqədar olaraq təsərüfat sahiblərinə müraciət edib. DBNX-dən verilən məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına görə dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb. Hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir.
Abşeronda 2-ci sinif şagirdi parta arxasında keçinib? - Direktordan açıqlama
Abşeron rayonu, Xırdalan şəhər 6 №-li tam orta məktəbdə ölüm hadisəsi baş verib. Dünən 2-ci sinif şagirdi İsayeva Ləman dərsdə olarkən, özünü pis hiss edib. O, sinif rəhbərinə müraciət edərək, halının yaxşı olmadığını deyib. Məlum olub ki, şagirdin qızdırması qalxıb. Məktəbdən dərhal L.İsayevanın valideynlərinə xəbər verilib. Lakin valideynləri çatana kimi uşaq keçinib.
İnsan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədidir
Dünyanın inkişaf etmiş demokratik ölkələrinin tarixinə nəzər saldıqda aydın olur ki, hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmətdən keçir. Çünki demokratiya, insan hüquq və azadlıqlarına hörmət və inkişaf bir-biri ilə üzvi surətdə bağlı olan, bir-birini şərtləndirən amillərdir. Demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyi, bu cəmiyyətin təməl qanunları isə insan hüquqlarıdır. Demokratik dövlətdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunması təmin edilir, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaradılır.
Yeni bir qlobal maliyyə böhranı gözlənilirmi?
Bir neçə il əvvəl dünyanı bürüyən qlobal maliyyə böhranının fəsadları tam aradan qaldırılmadan yeni bir böhranın yaxınlaşdığı barədə müxtəlif fikirlər, proqnozlar səsləndirilir. Bu isə daha çox qlobal güclərinin dünyadakı iqtisadi prosesləri təsir imkanları ilə əlaqələndirilir. Bəs görəsən iqtsadçılar bu barədə nə düşünür? Yeni bir qlobal böhran gözləniləndirmi?



.jpg)










