Gündəm
Sosial şəbəkələrdə əsassız tənqidə görə 20 min cərimə
Qırğızıstan parlamentinin deputatı Dastan Bekesov sosial şəbəkə istifadəçilərinin əsassız tənqidə görə 20 min soms (təxminən $ 300) məbləğində cərimə edilməsini təklif edib.
Putin xəstələndi - Tədbirlər təxirə salındı
Rusiya Prezidenti Vladimir Putin soyuqlayıb, amma işlərini davam etdirir.Bu barədə açıqlamanı V.Putinin mətbuat katibi Dmitri Peskov verib. O qeyd edib ki, soyuqdəymə ilə əlaqədar prezident bir neçə tədbiri təxirə salıb. Bununla belə, V.Putinin sağlamlığında ciddi problemin olmadığı məlumat verilib.
Aktrisanın bacısı bağ evində ölü tapıldı - Son dəfə cavab yazıram
İllərdir aralarında problem olduğu deyilən Sarah Cessika Parker ilə Kim Kattrall arasında yeni bir qalmaqalın əsası qoyulub. "Sex and the City" serialında həmkar olan cütlükdən Kim Katrallın 55 yaşlı bacısı bir neçə gün öncə bağ evindən ölü tapılıb. Hadisədə sonra Sarah Cessika Parker instagram-da Kattralla başsağlığı verib.
Regionların soaial-iqtisadi inkişafı bölgələrə sərmayə qoyuluşunu artırıb
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası respublikanın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilməkdədir. Məhz bunun nəticəsidir ki, rayonda bütün sahələrdə əldə olunan nailiyyətlər sürətlə bir-birini əvəz edir.
Misir Universitetində Azərbaycan dili tədris olunur
"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Ayn- Şəms Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan dilini tələbələrə Tədris Birliyin sədr müavini Sədaqət Səmədova öyərdir. Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 350 nəfərdən artıq tələbə iştirak edir.
Jurnalistlər üçün yeni yazı müsabiqəsi
24 Mart Ümumdünya vərəmlə mübarizə günü ilə əlaqədar “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsi keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, müsabiqə öncəsi media nümayəndələrinin vərəm haqqında biliklərinin artırılması məqsədilə sizləri “Vərəm sahəsində İctimai vəkillik” mövzusunda tədbir təşkil olunacaq. Görüşdə iştirak edən jurnalistlər Ümumdünya Səhiyyə təşkilatı ilə birgə əməkdaşlıq mərkəzinin mütəxəssisləri tərəfindən vərəmin profilaktikası, erkən aşkarlanması, müalicəsi, infeksiyaya nəzarət tədbirləri haqqında dolğun məlumat əldə edə biləcəklər.
Hakimlər üçün distant təlim keçirilib
Ədliyyə Akademiyasında Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi hüquq elmləri doktoru, professor Lətif Hüseynovun iştirakı ilə hakimlər üçün video-konfrans vasitəsilə distant təlim keçirilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, tədbirin açılışında çıxış edən Akademiyanın rəhbəri Elçin Xələfov bu təlimin əhəmiyyətini vurğulayıb, onun dinləyici auditoriyasının genişləndirilməsinə, təlim materiallarının daha çevik çatdırılmasına, həm mühazirəçilər, həm də dinləyicilər üçün vaxta qənaət olunmasına xidmət etdiyini bildirib.
Tramp Rusiyaya yardım təklif etdi – Putindən cavab
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa verdiyi başsağlığı və An-148 təyyarəsinin qəzaya uğraması səbəblərinin araşdırılması ilə bağlı kömək təklifinə görə təşəkkür edib. Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Putin amerikalı həmkarına aparılan araşdırmalar barədə də məlumat verib.
Yavlinski: Putin izah etməlidir ki, niyə ruslar orda ölür?
Rusiya Prezidenti Vladimir Putin Suriyada onlarla rusiyalının həlak olması barədə informasiyalara aydınlıq gətirməlidir. Bu sözlər Rusiya prezidentliyinə namizəd, Yabloko Partiyasının sədri Qriqori Yavliskinin Putinə müraciətində yer alıb.
Azərbaycanda imamlara maaş kəsildi - Məbləğ
Mart ayından başlayaraq din xadimlərinə məvacibin verilməsi planlaşdırılır. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.
UEFA nümayəndələri bunun üçün Azərbaycana GƏLDİ
Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.
Toylarına 4 gün qalmışdı: qız nişanlısını öldürdü
İstanbulun Esenyurt rayonunda 8 ay öncə mübahisə etdiyi nişanlısı Ali Ayberk Kahvecini (23) bıçaqla öldürdüyü iddia edilən Ayşenur Yılmazın (23) 18 ilə qədər həbsi istənilib.
Xalq artisti Fəxrəddin Manafovla bağlı sirri açdı: "Qəfildən məni öpdü"
Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllibova kino və teatr fəaliyyəti dönəmində bir dənə də olsun açıq-saçıq səhnəyə çəkilmədiyini deyib. Aktrisa iki dəfə qəfildən öpüldüyünü bildirib: "Heç vaxt açıq-saçıq səhnələrə çəkilmədim və çəkilmərəm də. Çünki qardaşım, yeznəm, bacım oğlu var. İstəmərəm ki, kimsə yolda onları barmaqla göstərib, artıq-əskik söz desinlər. "Evləri köndələn yar" televiziya tamaşasında Fəxrəddin Manafov qəfildən məni öpüb. "Bəyin oğurlanması" filmində də Vidadi Həsənov eyni hərəkəti təkrarlayıb. Rejissor onlara deyib ki, Firəngizi qəfildən öpün ki, film təsirli alınsın. Bilsəydim, etiraz edərdim yəqin.
İnanırın ayılan kimi verdiyi ilk sual...
Türkiyənin məşhur aktyoru Kadir İnanır reanimasiyada ayılan kimi Afrin əməliyyatları haqda soruşub. Bu barədə onun yaxın qohumu Levend İnanır danışıb. O bildirib ki, aktyor gözünü açar-açmaz Afrindəki əsgərlərlə maraqlanıb: “Yanına getdim, oyanan kimi “Afrində şəhid varmı?” deyə sual verdi.
Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır
Vergilər Nazirliyi ölkənin Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır. Məlumata görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, dəyişikliklər paketi vergi idarəetməsində sahibkarların üzləşdiyi əsas problemlərin həll olunmasına imkan yaradacaq.














