Sosial şəbəkələrdə əsassız tənqidə görə 20 min cərimə
Qırğızıstan parlamentinin deputatı Dastan Bekesov sosial şəbəkə istifadəçilərinin əsassız tənqidə görə 20 min soms (təxminən $ 300) məbləğində cərimə edilməsini təklif edib.
13 Fevral 2018 16:09 DünyaQırğızıstan parlamentinin deputatı Dastan Bekesov sosial şəbəkə istifadəçilərinin əsassız tənqidə görə 20 min soms (təxminən $ 300) məbləğində cərimə edilməsini təklif edib. Məlumata görə, layihə sosial işlər, təhsil, elm, mədəniyyət və sağlamlıq üzrə komitələrin iclasında təqdim edilib. Bekesovun sözlərinə görə, sosial şəbəkələrdə tez-tez vətəndaşlara aid xüsusi bir mövzuya tənqidi şərhlər yazırlar. "Zərərçəkən tərəfə mənəvi zərərin ödənilməsi üçün ən azı 20 min soms verilməlidir", deyə millət vəkili bildirib. Sputnik qeyd edir ki, komitənin iki üzvü sənədə qarşı çıxıb, qalanları isə ona dəstək olub. AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir.