Gündəm
Satıcının səhvinə görə 30 min qazandı
Səhvən alınan lotereya biletləri sayəsində amerikalı qadın 30 min dollar qazanıb. Məlumata görə, 52 yaşlı Viktoriya Etrij mağazada iki bileti iki dollara almaq istəyirdi, lakin kassir ona təsadüfən beş dollar dəyərində daha bahalı bilet satıb.
Ölkəyə qanunsuz qızıl gətirilməsinin qarşısı alınıb
Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşı Muhammet Charyyevin gömrük nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycana gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.
Azərbaycanda körpələrə qoyulmasına icazə verilən qəribə adlar - SİYAHI
Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar açıqlanıb. Adlar siyahısında Atabərk, Aycan, Alak, Amangəldi, Cudi, Cumar, Curuş kimi kişi, Axirə, Anacan, Arıqız, Ayca, Ayda, Aysadə, Ayqan, Balı, Balış kimi qadın adları yer alıb.
"Ata, boğazımda düyünlənib qalan..." - Damladan ürəkparçalayan sözlər
Sovet dövrünün unudulmaz əşyaları - fotolar
Sövet İttifaqında yaşayanlar tez-tez həmin illəri xatırlamaqdan vaz keçə bilmirlər. Daha çox haqqında danışılanlardan biri isə həmin dövrdə istifadə edilən əşyalardır.
Lavrovdan Türkiyəni hiddətləndirən açıqlama
PYD-nin Suriyadakı sülh prosesində yer almasının tərəfdarıyıq. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Rus rəsmisinin bu sözlərinə Ankaranın necə münasibət sərgiləyəcəyi maraqla gözlənilir.
Yıldırım: PKK, dalınızı qoruyanlara güvənməyin!
ABŞ deyir ki, bizim Suriyadakı terror təşkilatları ilə qurduğumuz əlaqə şəxsi seçimimiz yox, məcburiyyətdir.Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib. “Yaxşı, ABŞ İŞİD-i bəhanə edirdi. Amma artıq İŞİD problemi bitib. Demək, bu məcburiyyət də bitib. Belədirsə, niyə hələ də YPG-yə silah, pul göndərməyə davam edirsiniz?! Burdan elan edirəm: PKK/PYD, arxanızı qoruyanlara güvənməyin. Tezliklə güvəndiyiniz dağlara qar yağacaq”, - Yıldırım bildirib.
Fransada bir nəfər qızılca xəstəliyindən ölüb
Azərbaycanla korrupsiyada ittiham olunan Volonte bəraət aldı
Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Bunu millət vəkili Elxan Süleymanov deyib.
Vasif efirdə qab yudu
Əməkdar artist Vasif Məhərrəmli “Zaurla Günaydın” verilişində qab yuyub. Məlumata görə, müğənni təmizkarlığından danışıb. O bildirib ki, evdə hər şeyə nəzarət edir: “Axşam evə gəlirəm, görürəm bir-iki stəkan var. Onları özüm yuyuram. Əgər evdə bir şey yerindən götürülürsə, o mütləq ora qaytarılıb qoyulmalıdır”.
Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”
"Vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək". Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
Deputatdan təklif: “Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin”
“Təklif edirəm ki, Bakının Qaradağ rayonunun adı dəyişdirilərək, Ulu Öndər Heydər Əliyevin şərəfinə adlandırılsın”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.
Hərbi ekspert: "Həmsədrlərin hərəkətləri gülməli hal alıb”
“Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona mütəmadi səfərlərində təəssüflər olsun ki, heç bir uğurlu irəliləyişi görmürük. Artıq onların bu hərəkətləri gülməli hal alıb”. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ekspert: “Radikalların bütün bu xəyalları puç oldu”
“Seçkilərin 6 ay önə çəkilməsi sırf texniki məsələdir və ilin böyük hissəsinin dövlət üçün strateji olan digər məsələlərə həsr olunması məqsədini daşıyır”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Xarici jurnalistlər Qarabağa qanunsuz səfər edib - Təxribat
Xarici jurnalistlər qrupu Ermnistanın işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfər edib. Latviya, Əlcəzair, Fransa, Rusiya, İtaliya və Macarıstandan gələn jurnalistlər döyüş postlarına baxış keçiriblər.














