Gündəm
Arvadının adına kredit ayıran bank müdiri ilə bağlı — Qərar
Zaminbank ASC-də filial müdiri işləmiş Müşfiq Bayramovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Məlumata əsasən, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Ova çıxan kişinin özü ovlandı
Cənubi Afrikada pələng ovuna çıxmış bir kişini aslanlar parçalayıb yeyib. Məlumata görə, Cənubi Afrikada Kruger beynəlxalq parkında qaçaq yolla pələng ovlamaq istəyən kişini aslanlar yeyib. Yerli polisin açıqlamasına görə, adamdan geriyə yalnız baş və bir neçə hissə qalıb. Hələ ki həmin kişinin kimliyi bəlli deyil. Verilən məlumata görə, kişinin öldürüldüyü yerdə bir tüfəng tapılıb.
Rusiya bu ölkələri hədəfə alacaq – Moskvadan TƏHDİD
“Rusiya Avropada ABŞ-ın hərbi gücünün artırılmasına silahlanma yarışı ilə cavab verməyə başlamayacaq, ancaq Amerika hərbi qüvvələrini öz ərazilərində yerləşdirən ölkələrlə öz münasibətlərinə düzəliş etməkdə haqlı olacaq”.
Nazirlik BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dair müzakirələr aparıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktorunun müavini Rastislav Vrbenski ilə görüş olub. Görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, onun müavini Alessandro Frakassetti, habelə Proqramın ayrı-ayrı nümayəndələri də iştirak edib.
Parlament 2 beynəlxalq sazişi təsdiq etdi
Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında iki beynəlxalq saziş təsdiqlənib.“Olaylar” xəbər verir ki, bunlar "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında" Sazişdir. Qeyd edək ki, hər iki sazişlər müvafiq olaraq 2017-ci il dekabrın 7-də Vyana şəhərində və 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanıb.
Quyunun naqilini oğurlayanlar ələ keçiblər
Artezian quyularını elektrik enerjisi təmin edən naqilləri kəsərək oğurlamalamaqda şübhəli bilinən şəxslər saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Kiçikli kəndindəki artezian quyularını elektrik enerjisi təmin edən naqilin 18 metr hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Poladlı kənd sakini Məmmədbağır Misirov və Sarıçoban kənd sakini İsmayıl Ətapur saxlanıllb.
Cəlilabad sakinidən 1 kq heroin götürülüb
Cəlilabad rayon sakinindən narkotik vasitə götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tehran Abdullayevdən 1 kiloqram 15 qram heroin götürülüb.
Qızıl əşya oğruları saxlandı
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 9700 manat və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıblar.
Vitse-spiker: “Əgər biz işimizi beynəlxalq təcrübəyə uyğun qurmasaq...”
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi heç bir qanuna zidd deyil. “Olaylar” xəbər verir ki, bunu deyən vitse-spikeri Valeh Ələsgərov bildirib ki, işçi qrupunun üzvlərini özü ilə birlikdə Ələtə aparıb ki, onlar öz gözləri ilə nə baş verdiyini görsünlər: “İki gün ərzində ancaq sual cavab oldu.
Əli Hüseynli: " Ələt azad iqtisadi zonası barədə layihə qanunvericiliyə zidd deyil”
“Beynəlxalq təcrübəni öyrəndikdən və qanun layihəsinin fəlsəfi mahiyyətinə vardıqdan sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin milli qanunvericiliklə ziddiyyət təşkil etməsi barədə fikrimiz dəyişdi, əksinə, bu layihənin tam üstün olması qənaətinə gəldik”.
Deputat: “Qanun layihəsinə hüquşünaslar rəy verməlidir”
"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı hüquqşünaslarla iqtisadçıların fikirləri arasında ziddiyyət var.“Olaylar” xəbər verir ki, bunu qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib.
İsa Həbibbəyli: “Quba məzarlığında cəsədlər torpağa tapşırılarkən bəzi sümüklər açıq saxlanılıb”
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərən Qubadakı kütləvi məzarlığında aparılan yenidənqurma işləri və sümüklərin basdırılması Azərbaycan cəmiyyətinin şəhid olmuş insanlara öz hörmət və ehtiramını ifadə etmək üçün həyata keçirilir.
Quldurluqla məşğul olan şəxs tutulub
Quldurluqla məşğul olan İsmayıllı rayon sakini İsrafil Rüstəmli saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 12-də saat 1 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs İsmayıllı rayon sakini Elşad İsmayılovu döyüb 110 manatını alıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini İsrafil Rüstəmli saxlanıb.
Avtoqəzada 2 nəfər ölüb
Astara rayonunun Vaqo kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 12-də saat 16 radələrində Astara rayonunun Vaqo kəndində rayon sakinləri Məhərrəm Məhərrəmovun və Cabbar Nəzirovun idarə etdikləri 2 “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə C.Nəzirov və sərnişini, həmkəndlisi Rasim Məmmədov hadisə yerində ölüb. Astara RPŞ tərəfindən araşdırma aparılır.
Oğruda narkotik vasitə aşkar edilib
Oğurluğa cəhd göstərmiş Bərdə rayon sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 12-də Bərdə şəhəri ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Baxış zamanı onun üzərindən 7,68 qram marixuana və 0,35 qram heroin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilmiş və oradan 560 qram marixuana və 1,58 qram heroin aşkar edilərək götürülüb.














