Oğruda narkotik vasitə aşkar edilib

Oğurluğa cəhd göstərmiş Bərdə rayon sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 12-də Bərdə şəhəri ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Baxış zamanı onun üzərindən 7,68 qram marixuana və 0,35 qram heroin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilmiş və oradan 560 qram marixuana və 1,58 qram heroin aşkar edilərək götürülüb.

Oğurluğa cəhd göstərmiş Bərdə rayon sakinində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 12-də Bərdə şəhəri ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Baxış zamanı onun üzərindən 7,68 qram marixuana və 0,35 qram heroin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilmiş və oradan 560 qram marixuana və 1,58 qram heroin aşkar edilərək götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31