YAP öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib- ÖZƏL

"Yeni Azərbaycan Partiyası 34 illik fəaliyyəti ərzində zəngin və şərəfli yol keçib. Öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov deyib: " YAP Laçın rayon təşkilatı partiyanın ilk gündən formalaşan rayon strukturlarından biri kimi Laçının işğal altında olduğu dövrdə də fəaliyyətini uğurla davam etdirib. Laçının işğaldan azad edilməsindən sonra isə təşkilat qarşısında yeni və mühüm vəzifələr yaranıb. Hazırda rayon təşkilatı azad Laçında ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi fəaliyyətini davam etdirir. İdeoloji fəaliyyət istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin, milli dövlətçilik dəyərlərinin, eləcə də Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğinə xüsusi diqqət yetirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31