Vitse-spiker: “Əgər biz işimizi beynəlxalq təcrübəyə uyğun qurmasaq...”

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi heç bir qanuna zidd deyil. “Olaylar” xəbər verir ki, bunu deyən vitse-spikeri Valeh Ələsgərov bildirib ki, işçi qrupunun üzvlərini özü ilə birlikdə Ələtə aparıb ki, onlar öz gözləri ilə nə baş verdiyini görsünlər: “İki gün ərzində ancaq sual cavab oldu.

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi heç bir qanuna zidd deyil. "Olaylar" xəbər verir ki, bunu deyən vitse-spikeri Valeh Ələsgərov bildirib ki, işçi qrupunun üzvlərini özü ilə birlikdə Ələtə aparıb ki, onlar öz gözləri ilə nə baş verdiyini görsünlər: "İki gün ərzində ancaq sual cavab oldu. Əgər biz işimizi beynəlxalq təcrübəyə uyğun qurmasaq, heç bir investor gəlməyəcək". Vitse-spikerin sözlərinə görə, bu qanun hazırlananda dünyada mövcud olan təcrübə nəzərə alınıb: "Qanun qəbul edildikdən sonra digər qanunlarımızla uyğunlaşma aparılmalıdır. Bizim qanunun beynəlxalq standartlara cavab verdiyinə əmin olduqdan sonra mən onu tətbiq etmək istədim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31