Gündəm
Pentaqon Türkiyə ilə döyüş üçün yeni qüvvələr göndərdi – MÜHARİBƏYƏ HAZIRLIQ
Pentaqon PKK/PYD terrorçularının nəzarətində olan Münbiçə yenidən hərbi texnika və canlı qüvvələr göndərib. Fevralın 11-də Haseke-Semelka sərhəd-keçid məntəqəsində 50 TIR silah-sursat və zirehli texnikanı PKK-ya verən ABŞ Münbiçə də yeni hərbi yardım göndərib.
Rusiyadan ABŞ-a sərt reaksiya: “ABŞ bilərəkdən təxribat törədir”
“Suriyadakı sülh danışıqlarına kürtlərin də daxil olmasının tərəfdarıyıq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lavrov qeyd edib ki, rəsmi Vaşinqton kürtlər arasında fikir ayrılığı yaradır: “ABŞ ya hazırkı vəziyyəti anlamır, ya da bilərəkdən bu mövzuda təxribat törədir”.
Yaşadığınız evə necə qeydiyyata düşə bilərsiniz?
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məlumatsız vətəndaşlar üçün yaşayış yeri üzrə qeydiyyata düşməyin yolları barədə məlumat paylaşıb. İdarədən bildirilib ki, bu barədə Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ətraflı yazılıb: “Bu maddəyə əsasən, vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Dövlət Reysteri Xidmətindən çıxarışı, həmçinin order, kirayə və icarə müqaviləsini təqdim etməlidir”.
Nazirlik rus ordusuna qadağa qoyur - Qanun
Rusiyalı hərbçilərə Odnaklasniki, Vkontakte, Feysbuk və digər sosial şəbəkələrdən istifadə etməmələri məsləhət görülüb. “İzvestiya” qəzeti hərbçilərə telefonlarındakı geolokasiyanı söndürmək, öx xidmətləri barədə informasiyanı paylaşmamaqla bağlı tapşırıq verildiyini də yazıb.
Yerli icralar bələdiyyənin səlahiyyətini mənimsəyir
Bu gün bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsində problemlər yaşanır, yerli icra orqanları tərəfindən bəzi bələdiyyələrin səlahiyyətləri mənimsənilir.
Əlillərin sayı ölkə əhalisinin 6 faizini təşkil edir
Azərbaycanda fiziki qüsurlu insanların sayı açıqlanıb. Milli Məclisin fevralın 13-də keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min fiziki qüsurlu şəxs var. Komitə sədri bunun ölkə əhalisinin 6 faizini təşkil etdiyini bildirib: “Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.
AŞ baş katibi Türkiyəyə səfər edəcək
Kiyevdə BOMBA həyəcanı - Məhkəmə binası boşaldıldı
Kiyevdə anonim zəngdən sonra məhkəmə binası təxliyə olunub. Günorta saatlarında polis idarəsinə şəhər məhkəmə binasına bomba qoyulması barədə zəng daxil olub. Zəngdən dərhal sonra 200-ə yaxın şəxs binadan çıxarılıb və axtarışlar aparılıb. Aparılan yoxlamalar nəticəsində binada partlayıcı maddə aşkar edilməyib.Hazırda zəngin mənşəyi ilə bağlı araşdırma aparılır.
Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı təsis olunub
Milli Məclisin iclasında “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis olunması ilə bağlı layihə müzakirəyə çıxarılıb. Məlumata görə, səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlə əlaqədar müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər bu medalla təltif olunacaq.
Deputat vizasız gediş-gəliş prosesinin sürətləndirilməsini təklif edib
Milli Məclisin fevralın 13-də keçirilən iclasında Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına dair işlərin sürətləndirilməsi təklif edilib.
Putin və Böyük Rusiya planı... – Nazirin yalanı
Rusiya Prezidenti Vladimir Putinlə görüşüm və bu zaman onun Böyük Rusiya planları haqda məlumat almağımla bağlı açıqlamalarım uydurmadır.
Natavan: "Nə yaxşı ki, evliliyim belə bitdi"
26 yaşlı qızın gözündən 14 soxulcan çıxdı — ABŞ-da ŞOK HADİSƏ
ABŞ-da yaşayan 26 yaşlı qız gözündə yaranan qaşıntının səbəbini öyrənəndə şoka düşüb. Gənc qadının orqanizmində yaşayan parazitlər bu qaşıntıya səbəb olub. Ebi Bekley 1 həftə gözündəki qaşıntı ilə mübarizə apardıqdan sonra gözünü incələməyə başlayıb. Gənc qadın gözünün içində hərəkət edən parazit soxulcanı görəndə şoka düşüb. 1.5 sm uzunluğu olan paraziti gözündən çıxaran Bekley həkimə müraciət edib. Həkimlər qızın gözündən daha 2 soxulcan çıxarıblar. Qaşıntıları keçməyən qız yenidən həkimə müraciət edib və bu dəfə onun gözlərindən 3 soxulcan da çıxarılıb.
2018-ci il Qış Olimpa Oyunlarının ən gözəl idmançıları — FOTOLAR
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Bu gün "Həzi Aslanov" stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb.














