Gündəm
Bələdiyyələrə reyestr məlumatları ödənişlə veriləcək
Milli Məclisin plenar iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar”ın məlumatına görə, layihəyə əsasən bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında veriləcək. Bununla bağlı qanunun 5-1.1-ci maddəsinə "Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir" məzmununda cümlənin əlavə edilməsi təklif edilir.
"Leyli və Məcnun" Gəncədə
Gəncə şəhər icra hakimiyyəti və Gəncə Dövlət Filarmoniyası ilə Opera və Balet Teatrının birgə layihəsi - Üz.Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşa ilk milli operamızın 110 illiyinə həsr olunub.
Çoban bıçaqlandı
Jirinovski: Saakaşvili müasir Lenindir
Mixail Saakaşvili rəngli inqilabların Leninidir. Bunu Vesti FM-ə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
Bakıda 11 yaşlı uşağın qaraciyərindən qurd kistası çıxdı
“Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqram
Prezident İlham Əliyev “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir
1 milyarda yaxın insan WhatsApp vasitəsi ilə gün ərzində 55 milyard mesaj göndərir. Məlumata görə, bu barədə “WhatsApp” şirkətinin vitse-prezidenti Nirac Arora Dubayda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Azərbaycan prezidenti: “Məqsədlərdən biri özümüzü tikinti materialları ilə 100 faiz təmin etməkdir”
“Azərbaycan son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
İranlılar türk aktrisasını filmə çəkmək istəyir
İranlı prodüserlər Nurgül Yeşilçaydan sonra bu dəfə aktrisa Nebahat Çehreni yola gətirməyə çalışırlar. Onlar Çehreni filmdə çəkmək istəyirlər. Tehranda çəkiləcək film üçün aktrisanı razı salmağa çalışan iranlılar ekran işinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcəyini qeyd ediblər. Məlumata görə, film bir qadının həyatından bəhs edəcək.
Meydan TV ermənilərlə sıx işləyir – FAKTLAR
Xaricdə fəaliyyət göstərərək Azərbaycanın haqqında qeyri-obyektiv və qərəzli materiallar yayan bir sıra təşkilatların, internet saytlarının, ayrı ayrı jurnalistlərin, müxalifət fəallarının fəaliyyətini istiqamətləndirən və maliyyələşdirən mənvələr haqqında çox danışılıb. Burada ABŞ-ın dövlət büdcəsindən maliyyələşən strukturların, Avropa İttifaqının, Corc Soros kimi rəngli inqilab ixracatçılarının və digərlərinin adları çəkilib. Lakin bütün bunlara rəğmən, bəzilərinin paralel olaraq erməni lobbisi, Ermənistan dövləti ilə əməkdaşlığına dair kifayət qədər faktlar ictimaiyyətin diqqətinə çatdırılıb.
Rusiyada təyyarə qəzasının ilkin səbəbi açıqlandı
Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb. Bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı yaradılan komissiyası "qara qutu"nu incələdikdən sonra məlumat yayıb.
NATO baş katibi: “Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”
Azərbaycanda prezident seçkilərini izləmək üçün AŞPA-ya dəvət göndərilib
Azərbaycan prezident seçkilərini izləmək üçün Avropa ŞurasıParlament Assambleyasına (AŞPA) dəvət göndərib. Bu barədə AŞPA-dan məlumat verilib. Növbəti mərhələdə AŞPABürosu prezident seçkilərini izləmək barədə qərar verməlidir. Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.
Nazir: "Ermənistan regionda aparılan bütün layihələrdən təcrid edilib”
"Azərbaycan prezidentinin siyasəti nəticəsində Ermənistan nəinki nəqliyyat layihələrindən, ümumiyyətlə regionda aparılan bütün layihələrdən təcrid edilib”. Məlumata görə, bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziriŞahin Mustafayev bildirib.














