Bələdiyyələrə reyestr məlumatları ödənişlə veriləcək
Milli Məclisin plenar iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar”ın məlumatına görə, layihəyə əsasən bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında veriləcək. Bununla bağlı qanunun 5-1.1-ci maddəsinə "Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir" məzmununda cümlənin əlavə edilməsi təklif edilir.
13 Fevral 2018 18:51 SosialMilli Məclisin plenar iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, layihəyə əsasən bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında veriləcək. Bununla bağlı qanunun 5-1.1-ci maddəsinə "Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir" məzmununda cümlənin əlavə edilməsi təklif edilir.