Gündəm

"Gördün oğlan varlıdır, sonra qızı verdin?"

13 Fevral 2018 19:46

Müğənni Könül Kərimova qızı Ləmanın ailə qurması ilə bağlı söz-söhbətlərə münasibət bildirib. Məlumata görə, sənətçi “Hər şey daxil” verilişində bildirib ki, övladı sevərək ailə qurub: “Hər şey yazıldı. Məcbur mümkün olan deyildi. Mənim qızım sevgiylə ailə qurdu ki, Ağcəbədiyə getdi”.

"Yaxşı olub ərini həbs ediblər" - Elgizdən Zenfiraya

13 Fevral 2018 19:38

“Səhər-səhər” verlişinə qonaq olan müğənni Zenfira İbrahimova idmançı həyat yoldaşı Anar Heybətovun həbsindən danışıb.  Məlumata görə, aparıcı Elgiz Əkbər sənətçiyə bununla bağlı suallar ünvanlayıb. Zenfira bildirib ki, əri 20 gün həbsxanada qalıb: “Həyat yoldaşım birinci dəfə 20 günlük həbs olundu. Sürət həddini aşaraq qanuna qarşı gəlmişdi. Elə yaxşı edib, onu həbs etdilər. Gərək ona elə 1 il həbs verərdilər. Amma ikinci dəfə yayılan həbs xəbəri yalan idi”.

“Skype” messencerində ciddi boşluq aşkar edilib

13 Fevral 2018 19:31

Təhlükəsizlik mütəxəssisi Stefan Kantak “Skype” messencerinin yenilənmə mexanizmində istifadəçi hüququnu SYSTEM səviyyəsinədək yüksəltməyə və beləliklə, qurğuya tam giriş əldə etməyə imkan verən boşluq aşkar edib.

Yeni texnologiya dronlara maneələri daha yaxşı dəf etməyə kömək edəcək

13 Fevral 2018 19:25

Massaçusets Texnologiya İnstitutunun əməkdaşları pilotsuz uçan aparatlara sıx məskunlaşmış şəhərlər və anbar əraziləri kimi çətin keçilən yerlərdə saatda 20 km sürətlə uçmağa imkan verən xüsusi nanoxəritə hazırlayıblar.

Ədalət yerini tapdı, Milan Məhkəməsi erməniləri kədərə boğdu - VOLONTE İŞİ

13 Fevral 2018 19:19

Bu gün Milan Məhkəməsində Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın AŞPA-da nümayəndə heyətinin üzvü Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə Luka Volonte bəraət qazanıb. Luka Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu. İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin L.Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxıb.

ABŞ-da xüsusi mayedə həll ola bilən elektron dəri yaradılıb

13 Fevral 2018 19:19

Kolorado Universitetinin mühəndisləri tərəfindən hazırlanmış elastik elektron dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir, həmçinin sonrakı emal üçün xüsusi mayedə tamamilə həll edilə bilər.

Şəhidlərdən bəhs edən kitab təqdim olundu

13 Fevral 2018 19:14

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar rayonunda Əlixanlı Xoşbəxt Valeh qızının “Biləsuvar şəhidlərinin igidlik dastanı” layihəsi çərçivəsində çap olunan “Biləsuvarın qəhrəman şəhidləri” adlı kitabın təqdimatları uğurla həyata keçirilib. Kitabda Qarabağ müharibəsində, “Aprel döyüşləri”ndə və 20 Yanvar hadisələrində şəhid olmuş qəhrəman oğullarımız haqqında məlumatlar öz əksini tapmışdır.

“Hamı üçün İKT” – layihəsi davam etdiriləcək

13 Fevral 2018 19:08

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihəsi əsasında ofis proqramlarından peşəkar istifadə üzrə ödənişsiz təlimlərə yekun vurulub.

Qlobal noutbuk bazarının həcmi 2% yüksəlib

13 Fevral 2018 19:05

“TrendForce” analitik şirkətinin məlumatına görə, qlobal noutbuk bazarının həcmi 2%-dən çox yüksəlib və “Apple” avadanlığın tədarük həcminə görə “ASUS” şirkətini geridə qoyub.

“Ezop” Beynəlxalq Muğam Mərkəzində

13 Fevral 2018 19:04

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( “Sabah” qrupu) -aktyor sənəti ixtisası üzrətəhsil alan IV kurs tələbələri tərəfindən  Gilyerme Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində reallaşıb.

Saakaşvili Polşaya kimin təyyarəsilə aparılıb?

13 Fevral 2018 19:00

Mixail Saakaşvili Kiyevdən Polşaya Ukrayna Prezidenti Pyotr Poroşenkoya məxsus təyyarə ilə aparılıb. Bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat İqor Luçenko paylaşıb. Onun sözlərinə görə, Saakaşvilini Varşavaya “Beechcraft Premier I” təyyarəsi ilə göndərilib.

“LİBRAFF” ittihamlara cavab verdi

13 Fevral 2018 18:59

Nigar Köçərli sosial şəbəkələrdə sahibi olduğu kitab mağazalarına “yaranmış təhlükə ilə bağlı” müraciət yayıb. Əslində hədəf kimi Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və “LİBRAFF” kitab mağazaları şəbəkəsi seçilib. Olaylar.az hadisə ilə bağlı  "LİBRAFF" kitab mağazası rəhbərliyi ilə əlaqə saxlayıb. Veriən açıqlamanı olduğu kimi təqdim edirik:

Haqqın, ədalətin Milan təntənəsi

13 Fevral 2018 19:00

Ermənipərəst qüvvələrin zaman-zaman Azərbaycana qarşı həyata keçirdikləri şər və böhtan kampaniyası bu gün də davam etməkdədir. Qarşılarına həyata keçirilən istənilən siyasi aksiyaya kölgə salmaq, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi qoyan antiAzərbaycan qüvvələri ən çirkin siyasi texnologiyalardan istifadəyə belə əl atmaqdan çəkinmirlər.

Kubokun finalı paytaxtda baş tutacaq

13 Fevral 2018 18:55

İspaniya kubokunun final matçının keçiriləcəyi stadion açıqlanıb. "Barselona" və "Sevilya" arasında baş tutacaq görüş "Atletiko"nun ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda keçiriləcək.