Gündəm
Afrin'de PKK'ya bir darbe daha! Üretim tesisi kapandı...
PKK/YPG, 2 yıl önce Afrin’de kurduğu sentetik uyuşturucu hapı olan ‘Captagon’ üretim tesisi Zeytin Dalı Harekâtı sonrası kapatıldı. Terör örgütü PKK/YPG, 2 yıl önce Afrin’de sentetik uyuşturucu hap olan ‘Captagon’üretim tesisi kurdu. Terör örgütü, İki Adam mevkiinde kurduğu tesiste üretilen hapları kaçakçılar vasıtası ile Türkiye’ye soktuktan sonra Afrika ülkelerine gönderme planları yaptı. Gazete Habertürk'ten Neşet Dişkaya'nın haberine göre emniyet güçleri, Türkiye’ye sokulduktan sonra Kilis-Mersin Taşucu Limanı- Suudi Arabistan hattından Afrika’ya götürülmek istenilen haplara yönelik sıkı tedbirler aldı.
'Silah sesi değil anne, kovaya vuruyoruz'
Afrin şehidi Uzman Çavuş Fevzi Gürsu’nun ailesini üzmemek için operasyonu ailesine yansıtmadığı öğrenildi. Şehidin bir gün önce telefonla konuştuğu sırada silah sesleri üzerine korkan annesine, “Bir şey yok, ateşin önüne kova koyduk ona vuruyoruz” dediği ortaya çıktı.
Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür
Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.
Məşhur model nadir xəstəlikdən əziyyət çəkir
Məşhur model Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir. Bu barədə model özü sosial media hesabında yazıb. O, Nyu-York moda həftəsində podiuma çıxdıqdan sonra çox insanlar onu arıq olduğu üçün "anoreksiya" xəstəsi adlandırıb.
Tramp Nakasoneni ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri təyin edib
Prezident Donald Tramp general-leytenant Pol Nakasoneni ABŞ-ın ən gizli kəşfiyyat idarələrindən biri olan Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbəri təyin edib. Bu barədə kibertəhlükəsizlik məsələləri üzrə prezidentin xüsusi köməkçisi və Ağ evin koordinatoru Rob Coys öz "Twitter" hesabında yazıb.
Dilənçinin cibindən 740 min dollar çıxdı
İsveçin Uppsala şəhərinin polisləri cibində 6 milyon kron (təxminən 741 min dollar) olan dilənçini saxlayıblar. Dilənçi asayiş keşikçilərinin diqqətini aqressiv davranışı ilə cəlb edib. Polisin sözlərinə görə, dilənçi saxlanılarkən onun cibindən pullar düşməyə başlayıb.
"Windows 10" “Office 2019” proqramını dəstəkləyəcək
“Office 2019” ofis əlavələri paketinin ilkin versiyası növbəti rübdə buraxılacaq və “Windows 10” əməliyyat sisteminin ildə iki dəfə yenilənməsini dəstəkləyən versiyalarında işləyəcək. Publika.az xəbər verir ki, bu barədə “Microsoft” korporasiyası rəsmi məlumat yayıb. Məlumata görə, onlara, həmçinin “Ev” və “Peşə” versiyaları da aiddir. Eyni zamanda korporasiya əlavələr paketinin köhnə “MSI” formatlı quraşdırma faylları şəklində yayılmasını dayandırmağı nəzərdə tutur.
Oğurluqla məşğul olan 100-dən çox kloun saxlanıldı
Braziliyanın Rio-de-Janeyro şəhərində kloun geyimli 110 nəfər saxlanılıb. Bu barədə çərşənbə axşamı "Globo" telekanalı məlumat yayıb. Onlar hazırda şəhərdə davam edən karnaval zamanı kütləvi oğurluq edərkən "isti izlərlə" tutulublar.
Fələstin danışıqlara hazırdır
Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. Bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib. “Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.
Yalan danışan nazir istefa verdi
Niderlandın xarici işlər naziri Halbe Zeylstra vəzifəsindən istefa verib. Nazir Rusiya prezidenti Vladimir Putinlə bağlı yalan danışdığı üçün bu qərarı verib.
An-148-in qəzaya uğrama səbəbi açıqlandı
“Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının əsas səbəbi ötürücü cihazların buz bağlaması olub. Bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) mətbuat üçün məlumatında bildirilib.
Milyonlar qazandıran ayaqlar - FOTOLAR
Futbolçuların “çörək ağacı” onların ayaqlarıdı. Məhz ayaqları dünya şöhrətli futbolçuları zirvələrə qaldırır. Onların meydanda hər atdığı addım pul deməkdi. Dünya futbolunun sabiq və hazırkı bəzi ulduzlarının “çörək ağacı”nın - ayaqlarının fotolarını təqdim edir:
Nüsrət Bekhemi heyran qoydu - VİDEO
Əfsanəvi futbolçu Devid Bekhem türkiyəli məşhur aşpaz Nüsrət Gökcənin Nyu Yorkdakı restoranının qonağı olub. Mötəbər qonağa Nüsrət şəxsən özü qulluq göstərib.
Bir neçə saatlıq dünyanın ən varlı adamı oldu
Belçikalı kişi 35 avroluq əməliyyat üçün banka üz tutunca hesabına səhvən 2 trilyon avrodan çox pul yatırılıb.
Quti: "Neymar bilir ki, "Real"dan daha yaxşı yerə gedə bilməz"
"Real Madrid"in əvəzedici komandasının məşqçisi Quti Çempionlar Liqasının 1/8 final oyunları öncəsi fikirlərini bölüşüb. Gənc mütəxəsis bunları deyib: "Çempionlar Liqası "Real"ın titul qazanmaq üçün son imkanıdır. Amma PSJ ilə oyunun Zidan üçün son şans olmadığına ümid edirən. Onun etdiklərini unutmaq olmaz. PSJ üçün də Fransa çempionatı və kubokunda qalibiyyət yetərli deyil. Zidan qalmalıdır, lakin bir gün "Real"ın baş məşqçisi olmağı necə arzulamaya bilərəm?














