Yalan danışan nazir istefa verdi

Niderlandın xarici işlər naziri Halbe Zeylstra vəzifəsindən istefa verib. Nazir Rusiya prezidenti Vladimir Putinlə bağlı yalan danışdığı üçün bu qərarı verib.

Niderlandın xarici işlər naziri Halbe Zeylstra vəzifəsindən istefa verib. Nazir Rusiya prezidenti Vladimir Putinlə bağlı yalan danışdığı üçün bu qərarı verib.

XİN rəhbəri çıxışlarında 2006-cı ildə Putinlə görüşdüyünü bildirmişdi. Onun iddiasına görə, guya həmin görüşdə Putin bəyan edib ki, Belarusu, Ukraynanı və Pribaltikanı Böyük Rusiyanın bir hissəsi kimi görür. Sonradan nazirin yalan danışdığı məlum olub. 49 yaşlı nazir səhvini etiraf edib və bu səbəbdən istefa verdiyini elan edib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31