Məşhur model nadir xəstəlikdən əziyyət çəkir
Məşhur model Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir. Bu barədə model özü sosial media hesabında yazıb. O, Nyu-York moda həftəsində podiuma çıxdıqdan sonra çox insanlar onu arıq olduğu üçün "anoreksiya" xəstəsi adlandırıb.
14 Fevral 2018 09:34 DünyaMəşhur model Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir. Bu barədə model özü sosial media hesabında yazıb.
O, Nyu-York moda həftəsində podiuma çıxdıqdan sonra çox insanlar onu arıq olduğu üçün "anoreksiya" xəstəsi adlandırıb.
Lakin Hadid ilk dəfə "Haşimoto uru" (və ya autoimmun tireidit - qalxanabənzər vəzin iltihabı, adətən uşaq yaşlarında təsadüf olunur, vəzin funksiyasının orta yaşlarında tam pozulması ilə nəticələnə bilir) xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən arıqladığını açıqlayıb. O, ilk dəfə 17 yaşında xəstəliyindən xəbər tutduğunu söyləyib. Axşam.az