Ceyhun Bayramov əmr imzaladı
Ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər həyata keçiriləcək.
13 Fevral 2018 15:18 SosialAli, orta ixtisas, ilk peşə-ixtisas, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər həyata keçiriləcək.
Məlumata görə, bu, təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovun imzaladığı "Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə" əmrdə qeyd edilib. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31