Gündəm
Əflatun Amaşov: “Bizə düşmən kəsilənlər də var”
Bakının həmləsi: İrəvan de-fakto yox olur - Manukyan
Ermənistan dalana dirənmiş vəziyyətdədir. Bunu “Vestnik Kavkaz” saytına müsahibəsində Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan söyləyib. “Ermənistan hazırda regional dövlətlərarası iqtisadi əlaqələrdə heç bir yeri tutmur. Bütün regional və beynəlxalq xəttlər bizim yaxınlığımızdan keçir. Ermənistan təkcə siyasi blokadada yox, həm də iqtisadi mühasirədədir. O, hər tərəfdən qapalı vəziyyətdədir və heç bir regional layihədə iştirak etmir. Hətta bizim hökumət də regional proqramlarda iştirak etmək istəmir. Yəni biz Qafqazda sadəcə mövcud deyilik və bu situasiya artıq 20 ildən çoxdur davam edir. Bu illər ərzində bizim yaxınlığımızdan çoxlu layihələr – Bakı-Tiflis-Ceyhan kəməri, Bakı-Tiflis-Qars dəmiryolu, “İpək yolu”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçdi.
Ərdoğandan yunanlara: Başımızın qarışdığını sanmayın
Kiprdə təbii qaz axtarışları və Egeydəki qayalıqlarla bağlı təşəbbüslərin diqqətimizdən yayındığını zənn etməsinlər. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı deyib. “Kiprdə və Egeydə həddini aşanlara səhv hesablama aparmamaları üçün buradan xəbərdarlıq edirik”, - Ərdoğan bildirib.
Robot-it qapını açmağı "öyrəndi"
"Boston Dynamics" şirkəti it kimi hərəkət edən robotun yeni funksiyalarını inkişaf etdirir. Məlumata görə, indi mütəxəssislər ona qapını özü açmağı və başqaları üçün tutmağı öyrədiblər.
Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb
“Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Qlobal Ararşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev bəzi partiyaların seçkiləri baykot elan etməsinə münasibət bildirərkən deyib: "Azərbaycanda seçkilərin 6 ay öncəyə təyin edilməsi tam qanunamüvafiqdir.
Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda konfrans keçirilir
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə fevralın 13-də Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfrans keçirilir. “OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransın əhəmiyyətindən, ölkəmizdə ikinci dəfə təşkil olunan tədbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışıb. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov konfransda çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib.
Pulsuz internet dövrü başlayır - Bütün dünyada
Elon Maskın şəxsi aerokosmik şirkəti "SpaceX" Amerikanın Federal Kommisiyasından bütün planeti Vay-Fay sistemi ilə təmin edəcək peyklər qrupunun işə salınması ilə əlaqədar icazə istəyib.
Las-Veqas aeroportunda nikah bürosu açılıb
ABŞ-ın Las-Veqas hava limanının baqaj alınma bölməsində nikah qeydiyyat bürosu açılıb. Məlumata görə, müvəqqəti büro 14 fevral – Sevgililər günü münasibətilə fəaliyyətə başlayıb.
“Bunlar giriş səhnələri idi, böyük müharibəyə hazır olun!”
Suriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər.
Qulu Kəngərli AMEA-nın Ədəbiyyat İnstitutunun fəxri fərmanı ilə təltif edilib
“Türk Hava Yolları”ndan rekord göstərici
Cari ilin ötən ayında “Türk Hava Yolları” aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. “OLAYLAR” xəbər verir ki, şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37faiz artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.
Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə təmirinə start verilib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndiriləcək.
“Bələdiyyələr yerli İcra hakimiyyəti ilə cinayət sövdələşməsinə gedir”
“Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökümətdən qanun layihələri parlamnetə daxil olmur”.
Oqtay Əsədov: “Mənə "pritenziya" etməyin”
Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.“Olaylar”ın xəbərinə görə, Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı A.Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin müzakirə olunub, müzakirələrlə bağlı məlumat verməli idim.
24 bələdiyyənin işi prokurorluğa göndərilib
“Ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Bundan sonra qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib”. “Olaylar” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin təqdimatı zamanı deyib. Nazir müavini bildirib ki, 2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: “Bunların bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb.














