Ərdoğandan yunanlara: Başımızın qarışdığını sanmayın
Kiprdə təbii qaz axtarışları və Egeydəki qayalıqlarla bağlı təşəbbüslərin diqqətimizdən yayındığını zənn etməsinlər. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı deyib. “Kiprdə və Egeydə həddini aşanlara səhv hesablama aparmamaları üçün buradan xəbərdarlıq edirik”, - Ərdoğan bildirib.
13 Fevral 2018 13:52 DünyaKiprdə təbii qaz axtarışları və Egeydəki qayalıqlarla bağlı təşəbbüslərin diqqətimizdən yayındığını zənn etməsinlər. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı deyib. "Kiprdə və Egeydə həddini aşanlara səhv hesablama aparmamaları üçün buradan xəbərdarlıq edirik", - Ərdoğan bildirib.
Qeyd edək ki, Egey dənizindəki mübahisəli ərazi ilə bağlı mütəmadi olaraq türk və yunan hökumətləri arasında gərginlik yaşanır. Axar.az