Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb
“Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Qlobal Ararşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev bəzi partiyaların seçkiləri baykot elan etməsinə münasibət bildirərkən deyib: "Azərbaycanda seçkilərin 6 ay öncəyə təyin edilməsi tam qanunamüvafiqdir.
13 Fevral 2018 13:43 Siyasət"Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Qlobal Ararşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev bəzi partiyaların seçkiləri baykot elan etməsinə münasibət bildirərkən deyib: "Azərbaycanda seçkilərin 6 ay öncəyə təyin edilməsi tam qanunamüvafiqdir. Bu gün ölkədə fəaliyyət göstərən bütün partiyalara bərabər imkanlar yaradılıb. Heç kim deyə bilməz ki, bizim partiyanın namizədi qanunsuz olaraq qeydə alınmadı. Vaxtın 6 ay öncəyə çəkilməsi isə reallıqları dəyişmir". Ekspertin qənaətincə, kimin gücü varsa, kim özünə xalq arasında nüfuz toplaya bilibsə o da seçkidə iştirak edəcək: "Kimin heç ilkin imzanı toplamğa gücü yetmirsə dərhal seçkiləri baykot edir. Bu nəyə lazımdı, kimi aldadırıq biz? Əminəm ki, seçkilərdə layiqli olan qələbə qazanacaq və sonrakı dönəmdə ciddi islahatlara zəmin yaradacaq".