Gündəm

Münaqişələrin ədalətli həlli üçün təcavüzkarla təcavüzə məruz qalan ölkələrə fərq qoyulmalıdır

13 Fevral 2018 13:10

“Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avronest PA-da münaqişələrlə bağlı qəbul olunan sənədlərdə təcavüzə məruz qalanla, təcavüzkarın adı açıq göstərilməlidir. Bu ölkələrə fərqli yanaşmalar olmalıdır. Əks halda heç bir münaqişənin ədalətli həllindən söhbət gedə bilməz”.

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 21658 istehlakçıya xidmət edib

13 Fevral 2018 13:09

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə cari ilin yanvar ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 21658 müraciət daxil olub. “OLAYLAR” İstehsalat Birliyinə istinadən xəbər verir ki, müraciətlərin icrası tam təmin olunub.

“Yatan div oyandı” - Türk ordusunun dünyada bənzəri olmayan Afrin TAKTİKASI

13 Fevral 2018 13:08

Təhlükəsizlk üzrə türkiyəli mütəxəssis, keçmiş “Bordo bereli” Mete Yarar Afrində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı ilə bağlı maraqlı açıqlamalar verib. M.Yarar türk ordusunun Afrində hər gün 6-7 kilometr irəlilədiyini deyib: “Halbuki, normal halda minalanmış ərazidə hər gün 15 metrdən artıq irəliləmək mümkün olmur. Bizim əsgərlərimiz isə fərqli cəbhələrdən hər gün 6-7 kilometr irəliləyir.

Olimpiya Oyunlarında YENİ VİRUS YAYILDI

13 Fevral 2018 13:06

9 fevralda start götürən 2018-ci il Pxençan Qış Olimpiya Oyunlarında kəskin qastroenteritə səbəb ola biləcək “norvalk” virusunun müxtəlif tipləri yayılmağa başlayıb. Görülən bütün tədbirlərə rəğmən virusa yoluxanların sayı 200-ə çatıb. Olduqca sürətli şəkildə yayılan virusa ilk dəfə keçən həftə rast gəlinib.

Vergi yoxlamalarının sayı azaldılacaq

13 Fevral 2018 13:05

"Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq". Bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib. "Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov vurğulayıb.

Bayılda sürüşmə sahəsi ilə bağlı yekun qərar nə zaman veriləcək?

13 Fevral 2018 13:04

“Bayıl yamacındakı sürüşmə sahəsində tədqiqatlar davam edir, mütəmadi olaraq bu barədə Baş nazirə məlumat verilir və müvafiq tədbirlər görülür”. Bunu  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. 

DTX və polis Bakıda birgə əməliyyat keçirib

13 Fevral 2018 13:01

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və polis Bakıda birgə əməliyyat keçirib. Məlumata görə, paytaxtın Nizami rayonunda həyata keçirilən əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri – Tugay İmanov, Adəm İsmayılov və Ordubad sakini Hacı Qurbanov 400 qram civəni satarkən tutulublar. Faktla bağlı araşdırma aparılır.  

Səhər acqarına 1 çay qaşığı bal yemək üçün 5 SƏBƏB

13 Fevral 2018 12:59

Balın faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Bal unikal məhsuldur. Düzgün saxlanan bal xarab olmur, onun yararlıq müddəti, demək olar, sonsuzdur.

Xoşqədəm ilk dəfə bacısı oğlunun faciəvi ölümü ilə bağlı danışdı: Cəsədin tapıldığını qulağıma dedilər - VİDEO 

13 Fevral 2018 12:58

2013-cü ilin iyulun 18-də canlı yayımdaykən 14 yaşlı bacısı oğlunun ölüm xəbərini alan Xoşqədəm Hidayətqızı həmin an keçirdiyi hissləri bu gün "Hər şey daxil"də ilk dəfə izah etməyə çalışıb.

"PKK terrorçuları Türkiyədən qaçaraq Ermənistana toplaşırlar"

13 Fevral 2018 12:55

Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar. Bunu Ermənistanın "Jamank" qəzeti yazıb.

Böyük media ailəsinə yeni üzv gəlir

13 Fevral 2018 12:47

Böyük media ailəsinə yeniliklərlə oxucularını sevindirəcək yeni üzv gəlir. Bu günlərdə ONN İnformasiya Agentliyi fəaliyyətə başlayıb. ONN İnformasiya Agentliyindən saytımıza verilən açıqlamaya görə,  Agentlik Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq informasiya kimi yayır. Siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim edir.

Rusiyada Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub

13 Fevral 2018 12:46

Moskvada “Slavyanskiy bulvar” metrostansiyasının qarşısında öldürülən azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Məlumata görə, bu barədə “Moskovskiy Komsomolets” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, ötən gün hüquq-mühafizə orqanları əməkdaşları Rusiyanın Kabarda-Balkar Respublikasından olan 36 yaşlı şübhəlini saxlayıblar. Saxlanılan əvvəllər də məhkum olunub.

Bakıda yağış yağacaq

13 Fevral 2018 12:42

Bakı və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Rusiyadakı təyyarə qəzasının yerində 1400 insan bədəni fraqmenti aşkarlanıb

13 Fevral 2018 12:40

Ötən bazar günü, fevralın 11-də Moskva vilayətinin Ramenskoye rayonunda baş vermiş təyyarə qəzası yerində aparılan işlər yekunlaşmaq üzrədir.  71 nəfərin öldüyü qəza yerində indiyə kimi aşağıdakı işlər görülüb:

Qasım Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib

13 Fevral 2018 12:39

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib. Məsələ səsə qoyularaq qəbul edilib. Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.