Rusiyadakı təyyarə qəzasının yerində 1400 insan bədəni fraqmenti aşkarlanıb

Ötən bazar günü, fevralın 11-də Moskva vilayətinin Ramenskoye rayonunda baş vermiş təyyarə qəzası yerində aparılan işlər yekunlaşmaq üzrədir.  71 nəfərin öldüyü qəza yerində indiyə kimi aşağıdakı işlər görülüb:

- 30 hektarlıq ərazi tədqiq edilib

- həlak olanların bədənlərinin 1400 fraqmenti aşkarlanıb

- təyyarənin 500 fraqmenti tapılıb.

Hadisə yerində 981 nəfərin və 191 vahid texnikanın çalışdığı bildirilir.

Xatırladaq ki. həlak olanlar arasında Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da var. Virtualaz.org "LifeShot" teleqram-kanalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31