Gündəm
Ramiz Rzayevin hakimlik səlahiyyəti uzadıldı
Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib. Məsələ səsəqoyularaq qəbul edilib. Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir.
Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu dəyişir
Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişikliyə baxılıb. “Olaylar” xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik barədə məlumat verib. Dəyişikliyə əsasən, "Konstitusiya Məhkəməsi haqqında" qanuna aşağıdakı məzmunda 73.9-cu maddə əlavə edilib: "73.9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir".
Gəmiqaya ətrafındakı abidələrə həsr olunan yeni nəşr
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” adlı monoqrafiyası işıq üzü görüb
Bakıda NATO-nun təlim kursu keçirilir
"OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.
Vakansiya seçimi başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş növbəti müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb. “OLAYLAR” xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrin test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlərdən 245 nəfəri vakansiya seçimini edib. Onlardan 35-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 60-ı uşaq birliyi təşkilatı rəhbəri, 150-si laborant olmaq istəyən şəxslərdir.
ETSN: "Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb"
Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında 12 fevralda 2018-ci il tarixində Cəlilabad, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə operativ reyd keçirilib.
"Bayılda böyük yarğanlar yaranıb" - Nazirlik
Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir. Bunu ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Tillerson Ankaradan əvvəl ora getdi - Türkiyə səfərinin SİRLƏRİ
ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfərindən öncə İordaniyaya getməsi diqqət çəkib. Türkiyə mediası Tillersonun Ankaradan öncə Ammana səfər etməsinin arxasında incə diplomatik planın olduğunu yazıb. Ehtimallara görə, ABŞ İordaniyada İncirlik bazasına alternativ axtarır. İordaniya hökuməti ölkənin mərkəzində Mufavvak Salti deyilən bölgədə böyük hərbi baza yaradır.
İstanbulda əməliyyat
İstanbul polisi səhəri əməliyyatla açıb. Səhər saatlarından polis narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata start verib. İstanbul polisinin yaydığı ilkin məlumata görə, əməliyyat nəticəsində 10-dan çox narkotik alverçisi saxlanılıb.
Afrində 1500-ə yaxın terrorçu öldürülüb
Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb. Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 1439 terrorçu məhv edilib. Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus obyektlər dağıdılıb, 70 terrorçu zərərsizləşdirilib.
BMT Baş Katibi: “ İnsanlara idmana layiq olduqları dəyəri verək”
“Radio dünyada ən geniş auditoriyaya malikdir. Kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır”. “OLAYLAR” xəbər verir ki, bu fikirlər BMT Baş Katibinin Ümumdünya Radio Günü ilə əlaqədar müraciətində əksini tapıb.
Qışqıran mumiyanın sirri açıldı
Əsrlər sonra "qışqıran musiya"nın sirri açılıb. Fransız arxeoloq Qaston Maspero Misirin paytaxtı Qahirədən 500 km cənubda aparılan arxeoloji qazıntılar zamanı bu mumiyanı aşkarlamışdı. "E insanı" adlandırılan mumiyanın yanında firon ailəsinin mənsublarının qalıqları vardı. Digər mumiyalardan fərqli olaraq, "Qışqıran mumiya"nın üzərində heç bir bəzək əşyası yoxdu. Onun pozası alimləri maraqlandırıb, çünki "E adamı" sanki mumiyalaşdırılarkən ağrı və əzablardan qışqırırdı.
Amerikalılar 35 rusiyalı hərbçini öldürdülər
ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın bombardmançı təyyarələrinin fevralın 8-də Suriyanın Deyr əz Zor vilayətində hökumət qoşunlarının mövqelərini bombalaması nəticəsində 124 hərbçi həlak olmuşdu.
Taekvondoçularımız İstanbulda 2 medal qazandı
Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatının ardından "Turkish Open" turnirinə start verilib. Sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb. Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib.
Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi
Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib. Yanğın təyyarə Los-Anceles beynəlxalq aeroportunda uçmamışdan əvvəl baş verib. Yanğının ehtiyat blokda baş verdiyi bildirilir, bununla əlaqədar dərhal təxliyə qərarı verilib. Təyyarədə 139 sərnişin və 5 ekipaj üzü olub.














