BMT Baş Katibi: “ İnsanlara idmana layiq olduqları dəyəri verək”

“Radio dünyada ən geniş auditoriyaya malikdir. Kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır”. “OLAYLAR” xəbər verir ki, bu fikirlər BMT Baş Katibinin Ümumdünya Radio Günü ilə əlaqədar müraciətində əksini tapıb.

"Radio dünyada ən geniş auditoriyaya malikdir. Kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır". "OLAYLAR" xəbər verir ki, bu fikirlər BMT Baş Katibinin Ümumdünya Radio Günü ilə əlaqədar müraciətində əksini tapıb. Təşkilatın baş katibi qeyd edib ki, radio hətta icmaları birləşdirə və gücləndirə bilər, çətin durumda olanlara isə eşidilmək imkanı verir: "Bu il, Qış Olimpiya Oyunlarının davam etdiyi bir vaxt, biz idman yarışları yayımının insanları bir yerdə həyəcanlandırmaq və nailiyyətlərə sevindirməklə bir araya gətirdiyinin bir çox nümunələrini görürük. Gəlin Ümumdünya Radio Günündə insanlara potensiallarını tam göstərməyə kömək edən həm radio, həm də idmana layiq olduqları dəyəri verək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31