Ramiz Rzayevin hakimlik səlahiyyəti uzadıldı
Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib. Məsələ səsəqoyularaq qəbul edilib. Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir.
13 Fevral 2018 12:37 SosialMilli Məclisin fevralın 13-də keçirilən plenar iclasında R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. "Olaylar" xəbər verir ki, fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib. Məsələ səsəqoyularaq qəbul edilib. Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir.