Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
11:42 SosialBu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 % artaraq 1 177 manat təşkil edib.
Milli.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31