İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
11:41 HadisəXəbər verdiyimiz kimi, "Şəki yaylası" istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.
Mia.az-ın məlumatına görə, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93" yaşayış kompleksinin və Novxanıdakı "My Beach" istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Qeyd edək ki, "Şəki yaylası"nda baş verən faciədə Qax rayon Zərnə kənd sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31