Amerikalılar 35 rusiyalı hərbçini öldürdülər

ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın bombardmançı təyyarələrinin fevralın 8-də Suriyanın Deyr əz Zor vilayətində hökumət qoşunlarının mövqelərini bombalaması nəticəsində 124 hərbçi həlak olmuşdu.

ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın bombardmançı təyyarələrinin fevralın 8-də Suriyanın Deyr əz Zor vilayətində hökumət qoşunlarının mövqelərini bombalaması nəticəsində 124 hərbçi həlak olmuşdu. "Inherent Resolve" ("Sarsılmaz qətiyyət") əməliyyatı çərçivəsində həyata keçirilmiş bombardmanda həlak olanlar arasında 35 rusiyalı hərbçi də var. Onlar "Vaqner" özəl hərbi şirkətinin əməkdaşlarıdır.

Həlak olmuş rusiyalı hərbçilərdən, sadəcə, 5-nin ad və soyadları məlumdur. Onlar Kirill Ananyev, Aleksey Ladıqin, Stanislav Matveyev, İqor Kosoturov və Vladimir Loqinovdur. Onların hamısı əvvələr Ukraynanın şərqində, Donbasda separatçıların sıralarında vuruşmuşdular.İlkin məlumatlara görə, "Vaqner"in hərbçiləri Hişam yaşayış məntəqəsini  kürdlərin PYD və YPG terror qruplaşmalarından azad etməyə çalışırdılar. Bu zaman onları ABŞ-ın hərbi təyyarələri bombalayıblar. Milli.Az Al Jazeera-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31