Qasım Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib. Məsələ səsə qoyularaq qəbul edilib. Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. "Olaylar" xəbər verir ki, Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib. Məsələ səsə qoyularaq qəbul edilib. Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.
Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31