Rusiyada Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub

Moskvada “Slavyanskiy bulvar” metrostansiyasının qarşısında öldürülən azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Məlumata görə, bu barədə “Moskovskiy Komsomolets” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, ötən gün hüquq-mühafizə orqanları əməkdaşları Rusiyanın Kabarda-Balkar Respublikasından olan 36 yaşlı şübhəlini saxlayıblar. Saxlanılan əvvəllər də məhkum olunub.

Moskvada "Slavyanskiy bulvar" metrostansiyasının qarşısında öldürülən azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Məlumata görə, bu barədə "Moskovskiy Komsomolets" nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, ötən gün hüquq-mühafizə orqanları əməkdaşları Rusiyanın Kabarda-Balkar Respublikasından olan 36 yaşlı şübhəlini saxlayıblar. Saxlanılan əvvəllər də məhkum olunub.

Qeyd edək ki, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Qətli törədən törədən şəxs silahı hadisə yerində qoyaraq qaçıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31