Özünün həll etməli olduğu problemi, görəsən, bizə niyə danışır

2023-cü ildə İTV Azərbaycan dili dərsliklərrinin problemləri ilə bağlı məni "Sabaha saxlamayaq" verilişinə dəvət etmişdi. Razılıq vermişdim. Amma ETN çox əziz bir adamı üstümə göndərib məcbur etdi ki, verilişə çıxmayım. Mən o vaxt ARTİ-də şöbə müdiri idim. Mərkəz direktoru Nəzakət Mehdiyeva isə məni təhdid etdi: "Ya ərizəni qoy get, ya verilişə çıxmaqdan imtina et". Ərizəmi qoyub gedə də bilərdim, amma əziz adam and verdi: "Düşün ki, meyitimin üstündən keçib gedəcəksən".

Bir dəfə də AzTV dəvət etmişdi, eyni vəziyyət yarandı. Təhsilimizin gülməli-ağlamalı ssenariləridən biri. Bu başqa mövzudur.

Əsas məsələ budur ki, Azərbaycan dili dərsliklərinin problemini Emin Əmrullayev yalnız Qəşəm Nəcəfoğlundan eşidib, hər ağzını açanda deyir ki, Azərbaycan dilinin vəzifəsi şeir öyrətmək deyil. Bildirmək istəyirəm ki, şeir öyrətmək, ümumiyyətlə, dilin vəzifəsi deyil, ümimiyyətlə, dilin tədrisi problemindən danışanda bunu nümunə çəkmək problemlərdən xəbərsiz olmağın göstəricisidir.

İkincisi, nazir, həqiqətən, Azərbaycan dilinin tədrisi və dərslik problemlərini anlamaq istəyirdisə, mütəxəssisləri dinləməni idi. Onun yaxşı heç bir iş görmək istəmədiyinin şahidi mən olmuşam. Yuxarıda bir nümunə verdim. Qeyd etdiyim vaxt televiziya ilə fənnin problemlərini izah etsəydim, indi çox şey dəyişərdi. İndi hamımız ağzımızı açıb mat-mat baxmazdıq ki, görək bu nazir bizdən nə istəyir. Hər il yeni tədris ili öncəsi oturub düşünməzdik ki, özünün həll etməli olduğu problemi, görəsən, bizə niyə danışır?

Könül  Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31