Qulu Kəngərli AMEA-nın Ədəbiyyat İnstitutunun fəxri fərmanı ilə təltif edilib
13 Fevral 2018 13:24 SosialAZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərli Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun fəxri fərmanı ilə təltif edilib.
Fəxri fərmanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıb. Fəxri fərmanı AZƏRTAC-ın müxbirinə Özbəkistandakı səfirliyimizin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31